AZ

Müəllimlərin maaşı ARTIRILIR? - AÇIQLAMA

Müəllimlərin maaşı ARTIRILIR? - AÇIQLAMA

Repetitorların sayının artması artıq təhsil sistemində əsas problemlərdən birinə çevrilib. Valideynlərin bir çoxu deyir ki, övladını repetitor yanına göndərməsə, onun universitetə qəbul olmağı çətindir. Bu gün repetitorların sayının azaldılması istiqamətində verilən təkliflərdən biri müəllimlərin maaşlarının artırılmasıdır. Bəs görəsən, müəllimlərin maaşının artırılması repetitorluğun qarşısını ala bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil eksperti Elmin Nuri bildirib ki, müəllimlərin maaşı artırılması ilə repetitorluğun aradan qaldırılması fikri birmənalı olmayacaq. Şəxsən tanıdığım və hörmət etdiyim bir çox müəllimlər var ki, onlar repetitorluqdan yorulublar:
Müəllimlərin"Repetitorluq əlavə qazanc mənbəyidir və özünü təsdiq edən repetitorların qazancı heç də az deyil. Burada kiminsə qazancını saymırıq. Məsələ odur ki, hətta bu cür repetitorların bir qismi belə artıq bundan yorulublar. Çünki proses və iş baxımından çox çətindir. Müəllim var ki hələ də bundan zövq alır. Yəni uşaqların nəticələrini gördükce daha da motivasiyaya sahib olur və özünü bunun uğur göstəricisi hesab edir. Amma ən son halda bu zehni və psixoloji işdir. Repetitorların bir çoxu bu cəhətdən yorğundur. Çünki az sayda şəxslər var ki, onlar yalnız repetitorluqla məşğuldurlar. Mənim tanıdığım müəllimlər var ki, onlar nə dövlət ya da özəl məktəblərdə işləmirlər. Yəni rəsmi iş yerləri yoxdur. Yalnız yeganə fəaliyyətləri repetitorluqdur. Bunları başa düşmək olar. Çünki bütün diqqətlərini bu isə cəmləyirlər. Özlərini müəyyən yorğunluqdan qoruya bilirlər. Amma əksəriyyətinin repetitorluq ikinci məşğuliyyətidir. Bu 99 faiz müəllimlər üçün belədir. Bəziləri universitetdə, böyük əksəriyyəti məktəblərdə, lisey-gimnaziyalarda işləyən şəxslər var ki, onlar üçün bu sahə əlavə qazanc mənbəyidir. Məktəbdən çıxıb müəyyən məkanda yaxud evlərində repetitorluq ilə məşğul olmaq yüklənmədir".

Elmin Nuri deyib ki, əksər müəllimlər repetitorluğu məcbur edir ki, maddi təminatını ödəyə bilsin. Repetitorların bu cür yüklənməsi həm də müəllimi məktəbin əlindən alır. Repetitor axı həm də dövlət məktəblinin müəllimidir. Bu insan dövlət məktəbindən aylıq maaş alır:

"Onun göstəriciləri yüksək olmalıdır. Amma insanın fiziologiyası hamıya bəllidir. Yükləndikcə öz enerjisi və gücünü itirir. Bizim müəllimlər yüksək maaş müqabilində təbii ki, repetitorluq fəaliyyətindən əl çəkə bilərlər. Amma digərləri də var ki, onların maaşını lap on min edin. Onlar bundan əl çəkməyəcəklər. Çünki prosesin xüsusi maraqları, həm də əlavə pul hərsliyi onları bu işdən çəkindirməyəcək. Yəni bu mövzunun cavabı birmənalı deyil. Repetitorluğun aradan qaldırılmasında maaşın artırılması çıxış yollarından biridir. Amma tam həlli də deyil. Gələcəkdə müəllimlərimiz yüksək maaş alsalar belə repetitorluq hegemonluğu hiss olunacaq. Bu gün orta ümumi təhsil müəssisələrində müəllimlərin əməkhaqları 10 il əvvələ nisbətdə xeyli artıb. Bu günləri hər 4 müəllimdən biri min manatdan yuxarı maaş alır. Əvvəllər necə idi? Keçmişdə min manata maaş alan müəllim bəlkə də heç yox idi. Repetitorluğun sayında isə heç bir azalma olmayıb. Elə bu düstur onu deməyə əsas verir ki, maaş artımı repetitorluğun qarşısını almağa o qədər təsir etməyəcək. Bu işdən yorulmuş, bəlli bir yaşı keçmiş şəxslər bundan əl çəkə bilərlər. Amma gənc müəllimlər var ki, bundan əl çəkə bilməyəcək".

Sevda Səfərova

phrase_var_article.chosen
23
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close