AZ

Dövlət təhlükəsizliyinin 105 yaşlı MÜHAFİZİ: “Xüsusi xidmət orqanlarının üzərinə düşən…”

 

“Mövcud geosiyasi vəziyyəti nəzərə alsaq, DTX-nın fəaliyyəti çox yüksək qiymətləndirilməlidir”.

Bu fikirləri yaradılmasının 105 illiyi qeyd olunan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) fəaliyyətini dəyərləndirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində və ondan sonra baş tutan antiterror əməliyyatında DTX əməkdaşlarının fədakar mübarizəsini unutmaq olmaz:

“Dövlətimizin təhlükəsizliyini həyata kecirən, xalqı daxili və xarici təhdidlərdən qoruyan çox mühüm bir quruluş özünün 105 yaşını qeyd edir. Bu gün dünyada müstəqil, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan dövlətinin varlığı hamımız üçün qürurvericidir. Təbii ki bu mövcudluğun təmin edilməsində dövlətin təhlükəsizliyinə cavabdeh olan qurumların fəaliyyəti mütləq qeyd olunmalıdır.

Bu çərçivədə 44 günlük Vətən müharibəsində və ondan sonra baş tutan antiterror əməliyyatında Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının fədakar mübarizəsini unutmaq olmaz. Hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev “Respublika” qəzetində dərc olunan məqaləsində bir sıra çox mühüm məsələlərə toxunub. Onun Azərbaycandakı mövcud sabitliyə və təhlükəsizliyə bu gün də təhdidlərin olduğunu vurğulaması ölkənin xüsusi xidmət orqanlarının üzərinə nə qədər böyük məsuliyyət və yük düşdüyünü təsəvvür etməyə imkan verir. General-polkovnik Qərbin bəlli dövlətlərini, konkret olaraq Fransanı Azərbaycanın milli təhlükəsizliyinə risk yaradan fəaliyyətdə ittiham edib.

Bununla yanaşı, DTX rəisi dövlətin təhlükəsizliyinə yönələn təhdidlərin qarşısının alınması istiqamətində bundan sonra da zəruri addımların atılacağını diqqətə çatdırıb. Mövcud geosiyasi vəziyyəti nəzərə alsaq, DTX-nın fəaliyyəti çox yüksək qiymətləndirilməlidir. İmkandan yararlanaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin 105 illiyi münasibətilə rəhbərlik başda olmaqla, qurumun bütün əməkdaşlarını təbrik edir, uğurlar arzulayıram”.

Nəsimi Ələsgərli

phrase_var_article.chosen
61
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close