AZ

Ağalarovlar “Krokus”la bağlı xalqın və prezidentin fikrini nəzərə alacaq

İndi 150 milyon dollardan aşağı qiymətə “Crocus City Hall”a bənzər zalı tikmək mümkün deyil.

Yenisabah.az “Rossiya 24”yə istinadla xəbər verir ki, bunu “Crocus Group”un sahibi Araz Ağalarovun oğlu, “Agalarov Development” şirkətinin prezidenti Eminin Ağalarov bildirib.

Onun sözlərinə görə, zalın bərpası ilə bağlı qərar hələ verilməyib, lakin bu hakimiyyətin və xalqın rəyini nəzərə alınacaq.

“Mən yaradılışın tərəfdarıyam, bərpa tərəfdarıyam”, - deyə Ağalarov əlavə edib.

Xatırladaq ki, 15 il əvvəl "Crocus City Hall"un tikintisi 70 milyon dollara başa gəlib.


Telegram kanalımız
phrase_var_article.chosen
29
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close