ABŞ-nin İllinoys ştatında bıçaqlı hücum zamanı 4 nəfər ölüb, 5 nəfər yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bildirilib ki, ABŞ-nin İllinoys ştatında bıçaqlı şəxs naməlum səbəbdən insanlara hücum edib.
Hücum nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib.
Hadisə yerinə gələn polis hücumçunu qısa zaman ərzində ələ keçirib. Hücumla bağlı araşdırmalara başlanılıb.
Aysu
Demokrat.az