AZ

Aİ-Ermənistan-ABŞ müştərək konfransı nə üçün keçirilir?

Aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə Brüsseldə görüş keçiriləcək. Azərbaycan XİN açıqlamasında da deyildiyi kimi bu görüşün xoş niyyətlə keçirilmədiyi bəllidir. Qərb öz ənənəvi ritorikasına sadiqdir. Kollektiv Qərb açıq-aşkar müharibəni alovlandırmaq məqsədi güdür. 30 illik işğal dövründə təcavüzkarlıq meyillərinin mövcudluğuna, etnik təmizləmə siyasətinə, hər cür müharibə cinayətlərinin Ermənistan tərəfindən icrasına göz yuman məlum güclər bugün ciddi cəhdlə işğalçının yanında, işğala məruz qalıb onu aradan qaldırmağa müvəffəq olanın qarşısında dayanmağa çalışırlar. Sözdə isə bu güclər sülh prosesinə təminat cverməyə çalışan güclərdir.ABŞ və Aİ-nin işğalçı tərəfə hər sahə üzrə təhlükəsizlik təminatı verməsi sülh prosesinə töhfə deyil. Əksinə, bu yeni qarşıdurmanı stimullaşdırmaq deməkdir. Haqqında bəhs olunan mştərək konfransın da məqsədi Ermənistanın hərbiləşdirilməsi prosesini davam etdirməkdir. Aİ-nin əsas üzvlərindən biri Fransa ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinə sahib çıxmasını, Qarabağın qaytarılması ilə Azərbay¬canın tam olmasını, vahidliyini az qala özünün təhlükəsizliyinə təhdid kimi qiymətləndirir və bu işdən bərk narazılığını, kin-kü¬durətini, hirsini-hikkəsini müxtəlif yollarla təcəssüm etdirir. Bundan əlavə, Hindistan və Yunanıstan da Ermənistanı Azərbaycana qarşı növbəti hərbi təcavüzə sürükləyirlər.Aİ-nın Sülh Fondu vasitəsilə də Ermənistana silah təchizatı nəzərdə tutulur.

Aİ təxribat ritorikasını “mülki” adı verdikləri hərbi missiyanı Ermənistana yerləşdirməklə də sübut etmiş oldu. Monitorinq pərdəsi altında hərbi heyəti genişləndirmək məqsədi daşıyan təşkilat bu minvalla həm də Rusiyaya qarşı arxa cəbhə formalaşdırır. Ermənistan isə sadəcə oyuncaqdır. Oyunun sonunda İrəvanı nələr gözlədiyini Paşinyan çox yaxşı anlasa da, oyuncaq dövlətin oyuncaq lideri kimi fərqli masalarda əyləşməyə davam edir.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi

phrase_var_article.chosen
17
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close