AZ

“Ermənistan bu gün çətin tarixi dövr yaşayır” - Xaçatryan

“Ermənistan bu gün çətin tarixi dönəmdən keçir və heç də az olmayan çətin hadisələrin episentrindədir”.

Herbiand.az news.am-a istinadən bildirir ki, bu barədə Ermənistan prezidenti Vaaqn Xaçatryanın martın 28-də İrəvanda açılmış “Ermənistan sivilizasiyanın kəsişməsi kimi: tarixi-mədəni əlaqələr” mövzusunda elmi konfransın iştirakçılarına salamlama nitqində deyilir.

Mesajda həmçinin qeyd olunur: “Bu baxımdan belə konfranslar müvafiq konsepsiyaların axtarışı üçün yaxşı fürsətdir. Cənubi Qafqaz həmişə elmi və mədəni qovşaq olub və elə də qalır. Elm problemlərin, maneələrin həllində və sivil tolerantlığın formalaşdırılmasında zəmanətli açar ola bilər. Ümid edirəm ki, konfrans tamamilə geosiyasi reallıqların ayıq qiymətləndirilməsi rolunu oynayacaq”.

Bəxtiyar CƏFƏRLİ

phrase_var_article.chosen
34
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close