AZ

Çinə məxsus 20 təyyarə Tayvan adasına yaxınlaşıb

Tayvan silahlı qüvvələri adanın yaxınlığında Çin Xalq Azadlıq Ordusunun 20 təyyarə və 8 gəmisini qeydə alıb.

Herbiand.az xəbər verir ki, bu barədə adanın müdafiə departamenti məlumat yayıb.

Tayvan hərbçilərinin məlumatına görə, təyyarələr Çinlə şərti demarkasiya xətti hesab etdiyi Tayvan boğazının median xəttini keçib. Bunlara J-16 döyüş, Y-8 çoxməqsədli təyyarələr və pilotsuz uçuş aparatları daxildir.

Ümumilikdə, martın əvvəlindən Tayvan ordusu adanın yaxınlığında Çinə məxsus 343 hərbi təyyarə və 186 gəmi qeydə alıb.

Bəxtiyar CƏFƏRLİ

phrase_var_article.chosen
11
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close