AZ

“Barselona” Onananı istəyir

İngiltərənin “Everton” klubunun futbolçusu Amadu Onana karyerasını İspaniyada davam etdirə bilər.

Msport.az “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, “Barselona” yarımmüdafiəçi ilə maraqlanır.

Kataloniya təmsilçisinin yayda oyunçu üçün təklif göndərəcəyi gözlənilir.

Qeyd edək ki, Onananın klubu ilə sözləşməsi 2027-ci ilin yayınadək qüvvədədir. Belçika yığmasının üzvü cari mövsüm 29 oyun keçirib, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla