AZ

Gəncədə mənzildən oğurluq edən 4 nəfər tutuldu

Gəncə şəhərində sakinlərdən birinə məxsus mənzildən dəyəri 3375 manat olan müxtəlif məişət əşyaları oğurlanıb.

KONKRET.az xəbər verir ki, Gəncə Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən P. Məhərrəmov, N. Rəhmətulin, H. Hüseynov, S. Abbasov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
38
1
Mənbələr
Şərh ()
Bağla