AZ

Rubialesə 200 metr qadağası

Luis Rubialesi 2,5 illlik həbs cəzası gözləyir. İspaniya prokurorluğu yerli futbol federasiyasının sabiq prezident haqda bu cəzanın tətbiqini tələb edir.

Xatırladaq ki, Rubiales dünya çempionu olduqları matçdan sonra qalib gələn qadın yığmasının futbolçusu Cennifer Hermozonu öpmüşdü. O, bunu mükafatlandırma mərasimi zamanı etmişdi. Cenniferdən icazə almadan onun dodağından öpməsi indi Rubialesə baha başa gəlir.

Sabiq prezident cinsi təcavüzdə və Hermozoya təzyiq etməkdə günahlandırılır. İstefa verdikdən sonra istintaqa cəlb edilən Rubiales, həbs olunmaqla yanaşı 4 il Cenniferlə hər hansı münasibətdən qaçmalıdır – o, futbolçudan azı 200 metr aralı gəzməlidir.

Seçilən
76
Mənbələr
Şərh ()
Bağla