AZ

Lənkəran Regional Elmi Mərkəzində seminar keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzində Elm Gününə həsr olunmuş seminar keçirilib.

 

Akademiyadan AzEdu.az-a bildirilib ki, mərkəzin elmi katibi Cəmil Quliyev Elm Gününün təsis olunmasının əhəmiyyətindən danışıb. Bildirib ki, Elm Gününün qeyd edilməsi akademik elmin, ali məktəb elminin və sahə elminin cəmiyyət qarşısındakı hesabatı və bu istiqamətdə gələcək vəzifələrin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. AMEA-nın keçdiyi 80 ilə yaxın ə şərəfli inkişaf yolu Azərbaycan elminin çoxəsrlik inkişaf tarixinin xüsusi bir mərhələsidir.

 

Seminarda Mərkəzin elmi işlər üzrə direktor müavini dosent Sevinc Hüseynovanın “Sivilizasiyanın inkişafında elmin rolu” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi vurğulayıb ki, elm müasir cəmiyyətin əsas komponentlərindən biridir. Elmin öyrənilməsi bizim inkişaf və tərəqqimiz üçün böyük əhəmiyyət kəsb edir. Elm hər şeydən əvvəl ətrafımızdakı dünyanı anlamağa imkan verir və iqtisadiyyatın bir çox sahələrinin inkişafı üçün əsasdır. Ona görə də elmin öyrənilməsi şəxsi inkişafımız və bütün cəmiyyətin tərəqqisi üçün vacibdir.

 

Sonra Mərkəzin şöbə müdiri Sərraf Talıbov “Bəşər tarixində elm və texnologiyanın rolu”, elmi işçisi Nəzrin Əlizadə “Elm və sivilizasiyanın vəhdətinin fəlsəfi panoramı” mövzularında çıxış ediblər.

 

Daha sonra tələbələrin sualları cavablandırılıb.

phrase_var_article.chosen
104
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close