AZ

İşəgötürənlərlə aktiv məşğulluq tədbirləri ilə bağlı görüş keçirilib

Naftalan Şəhər İcra Hakimiyyətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə Naftalan şəhərində işəgötürənlərlə birgə dəyirmi masa təşkil olunmuşdur.

Tədbirdə ŞİH-nin, Gəncə-Daşkəsən Regional Məşğulluq filialının məsul əməkdaşları, şəhərin aparıcı işəgötürənlərin nümayəndələri iştirak edib.

Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini yığıncaq iştirakçılarını salamlayaraq qeyd etmişdir ki, sözügedən tədbirlərin mütəmadi keçirilməsi şəhər sakinlərinin məşğulluğuna çox müsbət təsir edəcək və eyni zamanda işəgötürənlər tərəfindən uyğun kadrların seçilməsinə ciddi dəstək olacaq.

Daha sonra Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının əməkdaşları Agentliyin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.

Sonda işəgötürənlər tərəfindən verilən suallar cavablandırılıb, birgə gələcək perspektivlər müzakirə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
168
1
naftalan-ih.gov.az

2Mənbələr