AZ

Texas meşə yanğınları ilə mübarizə aparır!

ABŞ-ın Texas ştatının 5 fərqli bölgəsində davam edən meşə yanğınları səbəbindən "fövqəladə vəziyyət" elan edilib. Qrinvil şəhərindən yola çıxan yanğınsöndürmə qrupu, görmə məsafəsinin az olduğu yolda alovlar içində qalıb.
QHT.az xəbər verir ki, ABŞ -ın Texas ştatının şimalındakı Panhandle bölgəsində fevralın 26-da başlayan meşə yanğınları havaların isti keçməsi və güclü külək səbəbindən tədricən genişlənir. 5 fərqli yerdə baş verən yanğınlarda 370 min hektardan çox ərazi yanaraq külə dönüb və minlərlə insan evlərindən təxliyə edilib.
Ən azı 300 min hektar ərazini külə çevirən Smokehouse Creek yanğınının əyalət tarixində beşinci ən böyük meşə yanğını olduğu bildirilib. Sürətlə yayılan Smokehouse Creek yanğını Stinnett şəhərindəki fermaya yaxınlaşarkən, ərazidən çoxlu mal-qara təxliyə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
1
qht.az

10Mənbələr