AZ

Xocalı faciəsinin 32-ci ildönümüdür!

Bu gün Xocalı soyqırımının 32-ci il dönümüdür…

Biz də Aqreqator.az saytı olaraq, Xocalı qurbanlarını yad edir, onların ruhlarına rəhmət, yaxınlarına və faciənin yaşayan canlı şahidlərinə səbr diləyirik.

Ancaq, biz bu gün sevinc və qürur hissi ilə də qeyd etmək istəyirik ki, Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, məhz bu gün Xocalı sakinləri öz ata yurdlarına qaydır, oranı yenidən dirçəltirlər.

Şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi.

Ruhunuz şad olsun, Xocalı şəhidləri!

Mənbə: aqreqator.az

Aqreqator
Seçilən
117
Mənbələr
Şərh ()
Bağla