AZ

Nurşən Quliyevin 50 illik yubileyidir

Bu gün Azərbaycan mediasının tanınmış jurnalistlərindən biri, "APA Media Group"nın baş redaktoru Nurşən Quliyevin 50 illik yubileyidir.

"APA Media Group"un yaradıcılarından olan Nurşən Quliyev ilk gündən bu şirkətin qurulmasında iştirak edib.

APA brendinin formalaşmasında və böyüməsində onun əvəzsiz rolu, böyük xidməti var.

Nurşən Quliyev Azərbaycan mediasının onlarla parlaq imzasının yetişməsində xidmət göstərib, bu gün də eyni fəaliyyəti davam etdirir.

Nurşən Quliyev tələbəlik illərində təhsilini yarımçıq qoyaraq, könüllü Qarabağ döyüşlərinə qatılıb, 4 il Vətənin müdafiəsində iştirak edib.

O, müharibə iştirakçısı kimi başladığı vətənpərvər fəaliyyəti daha sonra peşəkar olaraq mediada davam etdirib. "Üç nöqtə", " Xalq Cəbhəsi" qəzetlərində müxtəlif vəzifələrdə çalışıb, daha sonra APA İnformasiya Agentliyinin qurulmasında iştirak edib və son 20 ildə bu şirkətdə çalışıb. Biz şadıq ki, Nurşən Quliyevin bu gün şirkətimizin baş redaktoru kimi fəaliyyət göstərdiyini vurğulayırıq.

Nurşən Quliyev Azərbaycanın informasiya təminatında önəmli yer tutan APA-nın aparıcı siması kimi daim informasiya mübarizəsinin ön cəbhəsində olub və bu fəaliyyətini bu gün də davam etdirir.

APA Media Group” kollektivi Nurşən Quliyevi yubiley yaşı münasibətilə təbrik edir. Ona uzun ömür, can sağlığı, peşəkar fəaliyyətində uğur arzu edir.

Təbriklər, əziz müəllim, peşəkar jurnalist, sadiq dost!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
2
apa.az

3Mənbələr