AZ

“Böyüyümdür, nə etməli idim?” - Nüşabə Ələsgərli xalq artisti ilə yayılan ARXİV görüntüsündən danışdı - VİDEO+ÖZƏL

Sosial şəbəkələrdə xalq artisti Ağakişi Kazımovun əməkdar artist Nüşabə Ələsgərlinin illər öncə çəkdirdiyi klipə irad bildirərkən emosional çıxışı ilə yaddaqalan videosu yayılıb. Maraqlısı da burasındadır ki, müğənni və rejissor bu iradlara susaraq cavab verməyiblər. İzləyicilərin əksəriyyəti müğənninin səbrini alqışlayıb və xalq artistinə göstərdiyi hörmətə görə ona təşəkkür edib.
 
Moderator.az-a açıqlama verən Nüşabə Ələsgərli bunları bildirib:
 
 
“Ağakişi Kazımovun sənəti rejissorluqdur. Klipimdə rejissor işini bəyənməmişdi, ona görə tənqid etdi. Mən də dinləyirdim, böyüyümdür, nə etməliydim?! Sona qədər dinlədim də. Bu onun işidir, peşəkar rejissor idi Ağakişi müəllim. Böyük rejissor sənətdə yeni başlayan rejissora iradını bildirirdi”, - deyə müğənni bildirib.
 
Sənətkarın ömür-gün yoldaşı, əməkdar artist Mehriban Abdullayeva bildirib ki, Ağakişi Kazımov heç bir zaman sözünü deməkdən çəkinməyib.
 
“Bu veriliş yadımdadır. Bir dəfə məni də dəvət etmişdilər. Gör neçə illər əvvəl çəkilib. İndikilər tənqidlə təhqiri səhv salırlar. Ağakişi müəllim səsini ucaldıb tənqid etsə də peşəkarcasına, yaradıcılıq baxımından edib. Ona görə də heç kimin xətrinə dəyməyib. O yaradıcı adam idi, bilirdi ki, nəyi necə demək lazımdır. Amma indikilər özlərinin dərk etmədikləri mövzu haqqında insanlara nəsə başa salmaq istəyirlər. Özü də təhqir formasında. Bunlar tamam başqa şeylərdir. Ömrünün son illərində televizora baxanda bəzi şeyləri görəndə elə əsəbləşirdi ki... Deyirdi ki, biz niyə bu günə qaldıq?! Bəzən teatrlara gedib, tamaşaları izləyirdik, pis olurdu, deyirdi ki, vəziyyət heç də yaxşılığa doğru getmir. Tək Ağakişi müəllim yox, bizim dünyasını dəyişən sənətkarlarımız yaxşı ki, bu günki vəziyyəti görmədilər. İndi aləm dəyib bir-birinə.. Bilmirsən əsl sənətkar kimdir, qondarma sənətkar kimdir? Bəzən belə adamları görəndə sevinirik ki, yaxşı ki, o illərdə bu cür dürüst insanlarla çalışmışıq”, - deyə sənətkarın həyat yoldaşı bildirib.
 
Qeyd edək ki, həmin görüntülər illər öncə efirə gedən Elçin Əlibəylinin “El içində” verilişindəndir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
23
moderator.az

10Mənbələr