AZ

Conni Dippin qızı sevgilisi ilə birlikdə görüntüləndi - FOTOLAR

24 yaşlı amerikalı-fransız aktrisa və model Lili Rouz-Dipp (Lily Rose-Depp bir qızla birlikdə görüntülənib.

Sfera.az bildirir ki, Lili Rouz Dipp və reper 070 Şeyk (Shake) təxminən bir ildir ki, görüşürlər. Onlar münasibətlərini ictimaiyyəti və medianın diqqətindən kənarda saxlayaraq nadir hallarda birlikdə görünürlər.


Cütlük Hollivud məşhurları arasında məşhur olan italyan restoranı “Giorgio Baldidə” şam yeməyinə gedərkən paparazzilərin kameralarına tuş gəliblər.
 

Lili təsadüfi qara rəngli crop top və cins şalvarda gəzintiyə çıxıb. Conni Dippin qızı öz kombinini dəri gödəkçə ilə tamamlayıb. Gənc ulduzun aksesuarları arasında xardal rəngli əl çantası da olub.
 

Əsl adı Daniel Balbuena olan Şeyk isə, cins şalvarlı kombini krem ​​rəngli köynək və mavi trençlə birləşdirib.


Lili münasibətini ilk dəfə “İnstagtam”da “sevgilimlə 4 ay" yazaraq, rəsmən təsdiqləyib. Cütlük ilk dəfə həmin ilin əvvəlində Paris Moda Həftəsində bir yerdə görünəndə münasibətləri barədə şübhələr oyanmışdı.


Xatırladaq ki, Lili keçmişdə də məşhur insanlarla görüşsə də, o, həmişə sevgililərini gizli saxlamağa çalışıb.

 

Aynil

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
192
6
sfera.az

6Mənbələr