AZ

Aktyor vəfat etdi

“Sınıq fənərlərin küçələri” serialındakı rolu ilə tanınan rusiyalı aktyor, komediya aktyoru, rejissor və aparıcı Konstantin Kapitan 56 yaşında vəfat edib.

 

Oxu24.com  xəbər  verir  ki, aktyorun  “VKontakte” sosial şəbəkəsindəki səhifəsində onun ölümü ilə bağlı mesaj paylaşılıb.

 

"Konstantin özünəməxsus miras qoyub. Gəlin onu minnətdarlıqla qoruyaq", - mesajda deyilir.

 

Kapitanın ağır xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilir.

 

Qeyd edək ki, Konstantin 1967-ci il sentyabrın 13-də Bratskda anadan olub. LGITMiK-də musiqi və nitq səhnəsi aktyoru ixtisası üzrə təhsil alıb. Artıq təhsil illərində tələbə teatrında oynayaraq bədii fəaliyyətə ilk addımlarını atıb.

 

Kapitan “İstintaqın sirləri”, “Tökmə zavodu” və “Sınıq fənərlərin küçələri”, “Magistral patrul”, “Belə iş” kimi filmlərdəki rolları ilə tanınır.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
175
45
oxu24.com

10Mənbələr