AZ

“Qarabağ”ın qapıçısı: Sevinirəm ki, nəticə bizim xeyrimizə oldu

“Qarabağ”ın

Bakı, 23 fevral, AZƏRTAC

"Hesab 0:2 olanda üstünlüyü əldən vermişdik, amma bilirdim ki, mübarizədən əl çəkməyəcəyik. Çünki həm emosional, həm də fiziki baxımdan güclü komandamız var".

AZƏRTAC xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapıçısı Andrey Lunyov UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində Bakıda Portuqaliyanın "Braqa" klubuna qarşı oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

Otuz üç yaşlı qolkiper komandasının gücünə inandığını və bu inam sayəsində qələbə qazandıqlarını bildirib: "Çox sağ olsunlar ki, futbolçularımızın hər biri qalib gəlməyimizə kömək etdilər. Sevinirəm ki, nəticə bizim xeyrimizə oldu. Meydanda 10 nəfərlə mübarizə aparırdıq. Buna dözməli idik. Bu, futboldur. Belə vəziyyətə düşməyimizə özümüz səbəb olduq və özümüz də vəziyyətdən çıxış yolu tapdıq".

O, azarkeşlərə yağışlı hava şəraitində arenaya gəlib dəstəklərini əsirgəmədikləri üçün təşəkkür edib: "Qələbəmizlə fanatlarımıza öz minnətdarlığımızı bildirdik. Onlar hər zaman bizimlə birlikdədirlər. Azarkeşlərimizi ölkə çempionatlarında da tribunalarda görmək istəyirik".

Qeyd edək ki, səfərdəki ilk matçda rəqibinə 4:2 hesabı ilə qalib gələn "Qarabağ" iki görüşün nəticəsinə əsasən tarixində ilk dəfə 1/8 finala vəsiqə əldə edib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
198
50
azertag.az

10Mənbələr