AZ

Fransa casus şəbəkəsinin növbəti rüsvayçı ifşası

Bu günlərdə Fransanın 3 casusunun Türkiyədə ələ keçirilməsi ondan xəbər verir ki, bu ölkə daha çox türk dövlətlərində, xüsusən Azərbaycan və Türkiyədə eybəcər fəaliyyətini həyata keçirmək üçün planlar qurur

Son dövrlər Frasanın səfirliklərinin rezidenturası, yaxud Fransa şirkətlərinin əməkdaşları vasitəsilə həyata keçirilən casusluq fəaliyyəti, artıq bu ölkənin diplomatik təmsilçilərinə və vətəndaşlarına münasibətdə təkcə Azərbaycanda deyil, digər ölkələrdə də xüsusi yanaşma tətbiq edilməsini zəruri edir. Fransa xüsusi xidmət orqanlarının Cənubi Qafqazda, Mərkəzi Asiyada fəallaşması ilə bağlı Azərbaycanın təhlükəsizlik orqanlarının peşəkarlığı nəticəsində əldə olunan məlumatlar, Parisin, mühüm enerji və nəqliyyat dəhlizlərinin keçdiyi, yenilərinin inşa olunduğu geniş bir regionda sabitliyi pozmaq, qarşıdurma yaratmaq niyyətində olduğundan xəbər verir. Xatırladaq ki, ötən il Azərbaycan təhlükəsizlik orqanlarının səmərəli fəaliyyəti sayəsində Fransa xüsusi xidmət orqanlarına, onların buradakı şəbəkəsinə ağır zərbə vuruldu. Onlar təkcə Azərbaycanda yox, Gürcüstanda, Moldovada ifşa edildilər. Hətta onların Qərbi Afrikadakı agentura şəbəkəsi də ifşa edildi. Azərbaycanın apardığı siyasət nəticəsində Fransanın Burkino Fasoda 4 agenti ifşa olundu və ölkədən çıxarıldı. Belə ki, saxlanılan şəxslərin Fransa xarici kəşfiyyat baş idarəsinin əməkdaşları olduqları, Burkino-Fasodakı diplomatik nümayəndəliyə “texniki işlərin yerinə yetirilməsi” adı altında, diplomatik toxunulmazlıqları təmin edilməklə göndərildikləri bəlli olub. Həmçinin məlum olub ki, “cəsus-diplomatlar”ın əsas “fəaliyyət istiqamətləri” Burkino-Fasoda Fransanın müstəmləkəçilik siyasətinə qarşı çıxış edənlər haqqında məlumat toplamaqdan və “beşinci kolon” təmsilçilərinin sabotaj xarakterli addımlarını əlaqələndirməkdən, onları təlimatlandırmaqdan ibarət imiş. Artıq bir neçə ölkədədə Fransanın müstəmləkə siyasətinə qarşı proseslər başlayıb. Fransanın rezidentləri ifşa edilərək ölkələrdən çıxarılır. Bir sözlə, Azərbaycanın səyləri sayəsində Fransa çox ağır zərbə aldı. O üzdən, Paris ölkəmizə qarşı getdikcə daha çox qərəzli və aqressiv mövqedən çıxış edir.

Bu günlərdə Fransanın 3 casusunun Türkiyədə ələ keçilirməsi ondan xəbər verir ki, Fransa daha çox türk dövlətlərində, xüsusən Azərbaycan və Türkiyədə hansısa eybəcər fəaliyyət həyata keçirmək planları qururmuş. Yayılan məlumata əsasən, Milli Kəşfiyyat Təşkilatının İsrail, İran və Rusiya məxfi xidmət orqanlarının fəaliyyətinə qarşı Türkiyədə həyata keçirdiyi casusluq əməliyyatlarından sonra Fransa Xarici Kəşfiyyat Xidmətinin casusları da ifşa edilib. O da bildirilir ki, üç nəfərlik qrupa Ahmet Katie adlı şəxs rəhbərlik edirmiş. Onlar Türkiyədən xaricə getmək istəyən qaçqınlara işgəncələr verilməsi haqqında saxta informasiyalar toplayıb Fransa kəşfiyyatına ötürürmüşlər. Vurğulanıb ki, onlar Fransa kəşfiyyatına bir ildir casusluq edirmişlər. Bütün bunlar Fransa kəşfiyyat orqanlarının növbəti fiaskosu hesab olunur. Yeri gəlmişkən qeyd edək ki, Bakıda həbs olunan casus Martin Rayan ətrafında qalmaqal yeni detalları ilə Fransa gündəmindən düşmək bilmir. Fransanın nüfuzlu mətbuat orqanları Martin Rayanın casusluq məqsədləri üçün istifadə edilməsini və buna görə məsuliyyət daşımalı olanları davamlı tənqid edir. Elə bu günlərdə Martin Rayanın valideynlərindən geniş məlumat almış erməniəsilli aktivist-jurnalist Leo Nikolianın müsahibəsi də bunun təsdiqidir. Fransa xarici kəşfiyyat qurumunun rəhbərinin qeyd olunan hadisələrlə əlaqədar işindən məlum kənarlaşdırılması faktı ilə yanaşı, müsahibədə Fransa xarici işlər nazirinin də istefası və istefadan əvvəl Martin Rayanla bağlı atdığı addım, diplomatik örtüklü kəşfiyyatçılar tərəfindən Martin Rayanın biznes şəbəkə fəaliyyətindən İran, Amerika və digər ölkələrə qarşı aktiv casusluq məqsədləri üçün istifadə olunduğuna ilkin eyhamlar vurulması və bir çox daha əvvəl məlum olmayan detallara toxunulub. Qeyd edək ki, son illər Martin Rayan qədər ikinci bir casus dünya mətbuatında bu qədər müzakirə predmeti olmamışdı.

Fransanın Cənubi Qafqazdakı və digər regionlardakı, əsasən diplomatik korpus üzvlərindən ibarət olan cəsus şəbəkəsinin rüsvayçı ifşası, bu ölkənin xarici təhlükəsizlik (xarici kəşfiyyat) baş idarəsinin rəhbəri Bernar Emienin Emmanuel Makron tərəfindən istefaya göndərilməsi ilə nəticələndi. Emie bütün fəaliyyəti boyu diplomatiya ilə casusluq fəaliyyəti, kəşfiyyat arasında var-gəl edib. 1998-2017-ci illərdə Fransanın İordaniyada, Livanda, Türkiyədə, Böyük Britaniyada, Əlcazairdə səfiri olub. Xarici təhlükəsizlik (xarici kəşfiyyat) baş idarəsinin rəhbəri vəzifəsinə də Fransanın indiki prezidenti tərəfindən gətirilib. Bernard Emienin diplomat keçmişi sübuta yetirir ki, Fransanın müxtəlif ölkələrdəki diplomatik nümayəndəliklərinin cəsus yuvasına çevrilməsi məhz Emmanuel Makronun strategiyasıdır və son hadisələri Fransa prezidetinin kəşfiyyat sahəsində də rüsvayçı uğursuzluğa düçar olduğunu təsdiqləyir. Makronun aqressiv, hikkəli və Fransanın mövcud imkanları ilə uzalaşmayan siyasəti onun ölkəsinin dünyanın müxtəlf regionlarında, həm də bütün istiqamətlərdə nüfuzdan düşməsinə zəmin yaradıb. Artıq Fransanın nəinki diplomatik nümayəndəliklərinə, hətta dövlət və özəl şirkətlərinə belə etimad göstərilmir. Bütün bunlar Fransanın çirkin oyunlarının təzahürləridir.

Sevinc Azadi, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
188
50
ikisahil.az

10Mənbələr