AZ

“Qarabağ”ın legioneri: Şadam ki, bu tarixi qələbədə mənim də rolum oldu

“Qarabağ”ın

Bakı, 23 fevral, AZƏRTAC

"Güclü rəqibə qarşı çox yaxşı oyun nümayiş etdirdik. Növbəti mərhələyə vəsiqə qazandığımız üçün xoşbəxtik".

AZƏRTAC xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Marko Veşoviç UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində Bakıda Portuqaliyanın "Braqa" klubuna qarşı oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

Monteneqrolu müdafiəçi komanda ilə birgə bu qələbənin dadını çıxaracaqlarını bildirib: "Şadam ki, bu tarixi qələbədə mənim də rolum oldu. Bu uğurun qazanılmasında bütün komandanın əməyi var. "Braqa"ya qarşı çox emosional mübarizə apardıq. Tofiq Bəhramov adına Respublika Stadionuna təşrif buyuran azarkeşlər möhtəşəm idi. Onların dəstəyi bizə kömək oldu. Fanatlarımızı sevindirdiyimizə görə xoşbəxtik".

Qeyd edək ki, səfərdəki ilk matçda rəqibinə 4:2 hesabı ilə qalib gələn "Qarabağ" iki görüşün nəticəsinə əsasən tarixində ilk dəfə 1/8 finala vəsiqə əldə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
233
50
azertag.az

10Mənbələr