AZ

Konfrans Liqası: 1/8 finala son vəsiqə qazanan komandalar müəyyənləşib

Konfrans

Bakı, 23 fevral, AZƏRTAC

UEFA Konfrans Liqasında pley-off mərhələsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, cavab oyunlarından sonra 1/8 finala vəsiqə qazanan daha 7 komanda bəlli olub.

Beləliklə, İsrailin "Makkabi" (Hayfa) komandasından sonra İsveçrənin "Servett", Xorvatiyanın "Dinamo" (Zaqreb), Niderlandın "Ayaks", Avstriyanın "Şturm", Norveçin "Molde", Yunanıstanın "Olimpiakos" və Belçikanın "Union" klubları növbəti raunda adlayıblar.

Qeyd edək ki, Konfrans Liqasında daha əvvəl İngiltərənin "Aston Villa", Belçikanın "Brügge", Türkiyənin "Fənərbağça", İtaliyanın "Fiorentina", Fransanın "Lill", İsrailin "Makkabi" (Təl-Əviv), Yunanıstanın PAOK və Çexiyanın "Viktoriya" (Plzen) komandaları qrup lideri kimi 1/8 finala birbaşa vəsiqə əldə ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
151
3
azertag.az

4Mənbələr