AZ

Mahir Emrelinin komandası “Betis”i keçdi, 1/8 finala çıxdı

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən kollektiv Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində İspaniyanın “Betis” komandası ilə qarşılaşıb.

Zaqreb təmsilçisi bir həftə öncə İspaniyada baş tutan ilk oyunda bu rəqibinə 1:0 hesabıyla qalib gəlmişdi. Cavab oyununda qalib müəyyənləşməyib – 1:1. Nəticədə bu heç-heçə “Dinamo”nu Avropa Konfrans Liqasının 1/8 finalına çıxarıb.

Azərbaycanlı futbolçu bu matçın iştirakçısı olmayıb. Zədəsini yenicə sağaltmış Mahir Emrelinin adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Dinamo”nun 1/8 finaldakı rəqibi bu gün – fevralın 23-də atılacaq püşkatmada müəyyənləşəcək.

Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 45 matça çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 46 oyunda 5 qol vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
207
1
arena.az

10Mənbələr