AZ

Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

Bu gün Milli Qəhrəman İbrahimov Mübariz Ağakərim oğlunun doğum günüdür.

Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci ildə fevral ayının 7-də Biləsuvar rayonu, Əliabad kəndində anadan olub. 1994-2005-ci illər ərzində orta təhsilini Əliabad kəndində başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə xidmət edən İbrahimov 2007-ci ildə çavuş rütbəsində hərbi xidməti başa vurub. O, 2009-cu ildə yenidən öz istəyi ilə cəbhə bölgəsində gizir rütbəsində xidmət göstərməyə başlayıb.

İyunun 19-u 2010-cu ildə, saat 23:30 radələrində heç kimə xəbər vermədən gedən Mübariz İbrahimov düşmənin üzərinə yeriyir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edir, sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür və səhər saatlarında qeyri-bərabər döyüşdə şəhid olur.

Elə həmin ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Mübariz İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalanıb. 
Bundan başqa, Azərbaycanın Milli Qəhrəmanı 2010-cu ildə Azərbaycanda "İlin adamı" təyin olunur.
Azərbaycan xalqı öz Milli Qəhrəmanı Mübariz İbrahimovu yalnız doğum və şəhid olduğu gün deyil, hər zaman böyük hörmət və iftixarla anır.
Allah rəhmət etsin!

Qeyd edək ki, bu önəmli gün həm də, 6 ildir siz dəyərli oxuculara xidmət etdiyimiz Aqreqator.az saytının da təsis olunduğu gündür. Siz dəyərli oxuculara hər zaman olduğu kimi, doğru informasiyaları çatdırmağa davam edəcəyik!

Mənbə: aqreqator.az

Aqreqator
Seçilən
109
3
Mənbələr
Şərh ()
Bağla