AZ

"Mutu futbolu belə görürsə, bu, faciədir" - VİDEO

«Mutu futbolu belə görürsə, bu, faciədir».

Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.

Tanınmış teleşərhçi ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «Neftçi»nin baş məşqçisi Adrian Mutunun taktiki baxışlarını tənqid edib.

O, rumıniyalı mütəxəssisin düzgün iş prinsipi qurmadığını, «ağ-qaralar»a iddialı futbol oynatmadığını, nəticələrin stabilliyini təmin etmədiyini bildirib.

Natiq deyib ki, paytaxt təmsilçisi sanballı oyun sərgiləmir və qələbə qazananda da buna təsadüfən nail olur. Abbasov Mutunu «bəxtli məşqçi» adlandırıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
3
Mənbələr
Şərh ()
Bağla