AZ

Avropa ölkələri 9 ayda Azərbaycandan 31 milyon avro məbləğində fındıq idxal edib

Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan 31,2 milyon avro dəyərində (azalma 1,6 dəfə) 5,9 min ton qabığı təmizlənmiş meşə fındığı (azalma 1,5 dəfə) idxal edib.

Bu barədə Avropa İttifaqının Statistika İdarəsinin (Avrostat) materiallarında deyilir.

Hesabat dövründə Azərbaycan Almaniyaya 17,3 milyon avro dəyərində (artım 1,6 dəfə) 3,2 min ton (artım 1,8 dəfə), İtaliyaya 9 milyon avro dəyərində (azalma 4,2 dəfə) 1,7 min ton meşə fındığı (azalma 3,9 dəfə) ixrac edib.

Çexiya, Estoniya, İspaniya, Fransa, Latviya, Polşa və Slovakiya Azərbaycandan kiçik həcmdə meşə fındığı idxal edib.

Avrostatın məlumatına görə, Aİ ölkələri 2022-ci ildə Azərbaycandan 58,1 milyon avro dəyərində (2021-ci illə müqayisədə artım 44,5%) 10,1 min ton meşə fındığı (artım 42,7%) idxal edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
331
3
marja.az

10Mənbələr