AZ

Noyabrda Türkiyənin ixracında rekord

Türkiyənin Ticarət naziri Ömər Bolat İstanbulda keçirilən mətbuat konfransında noyabr ayı xarici ticarət rəqəmlərini açıqlayıb.

Marja xəbər verir ki, Türkiyənin ixracı 2023-cü ilin noyabr ayında ötən ilin eyni ayı ilə müqayisədə 5,2% artaraq 23 milyard 11 milyon dollar, idxalı isə 5,6% azalaraq 28 milyard 931 milyon dollar olub.

2023-cü ilin yanvar-noyabr dövründə ixrac 0,7 faiz artaraq 232 milyard 915 milyon dollar, idxal isə 0,5 faiz artaraq 332 milyard 752 milyon dollar olub.

Nazir Bolat noyabrda əldə edilən 23 milyard 11 milyon dollarlıq ixracın rekord olduğunu qeyd edərək, "Noyabr ayında tarixin ən yüksək aylıq ixracat rəqəminə nail olduq" deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
232
marja.az

1Mənbələr