Aritmiya insanı öldürürmü? – Diqqət!

Aritmiya ürək ritminin pozulmasıdır. Xəstələrdə ürək vurğusu 120-ni keçir. Həkimlərin sözlərinə görə, özlüyündə aritmiya xəstəni öldürmür, amma onun həyatına çox əngəl olur, vaxtından əvvəl ölüm riski yaradır. Aritmiya əksər hallarda xoşdavranışlı olur.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, rusiyalı kardioloq Kira Pisarevskaya hansı halda aritmiyanın müalicə edilməli olduğunu açıqlayıb.

“Aritmiologiya – kardiologiyada ən mürəkkəb, mübahisəli sahədir. Hələ ki, ekspertlərin yekdil fikri yoxdur. Bu xəstəlikdir, xoş pozuntudur, müasir reallıqdır, ürəyin normasıdır?

Aritmiya demək olar, bütün ürək-damar problemlərində meydana çıxır.

Aritmiyada ürəkdə hansı dəyişikliklər olur:

- Ürək döyünməsinin tezliyi artır – ürək çox və ya asta döyünür;

- Ritmin özü pozulur, ritmik vurğu olmur;

- AB düyünü impulsu mənbəyi - impulsun davranışı dəyişir;

- Mədəciklər arası əlaqə pozulur.

Aritmiyanın müalicəsi çox ehtiyatla, xəstəyə uyğun seçilməlidir. Çünki hər aritmiyanı müalicə etmək lazım gəlmir.

Aritmiyanın yaranma mexanizmindən asılı olaraq, müalicə dəyişə bilər. Lakin heç bir əlamət dəqiq bildirmir ki, bu aritmiya xəstə üçün təhlükəlidir, ya normal. Burda əsas sual budur: xəstəni müalicə etməyə dəyər, yoxsa müalicə əksinə, vəziyyəti daha da pisləşdirəcək? Xəstə özünü çox pis hiss edirsə, normal işinə davam edə bilmirsə, bəzi simptomları yaxşılaşdırmaq lazımdır.

Aritmiyanı bu hallarda mütləq müalicə etmək lazımdır:

- O, ümumilikdə ürək sisteminə mənfi təsir edirsə;

- Orqanların qanla təminatını pozursa;

- Xəstəni çox halsız edirsə.

Aritmiyaya qarşı dərmanlar həyat keyfiyyətini yaxşılaşdıra bilər, amma bu dərmanların əks təsiri də çoxdur. Xəstə özbaşına "aritmiyam var" deyib, özü dərman alıb içməməlidir. Çünki bəzən aritmiyanı müalicə etmək fəsadlar verir.

Mənbə:
0
213
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar