Fransada raket yanacağının buxarından azı 30 nəfər zəhərlənib

Fransanın Marinyas-sur-Jal şəhərində 27 tələbə və 7 kollec işçisi raket yanacağı dumanından zəhərlənib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın Jironda departamentinin polis idarəsindən bildirilib.

Məlumata görə, zərərçəkənlərdən heç biri xəstəxanaya yerləşdirilməyib. Mütəxəssislərin fikrincə, zəhərlənmə raket yanacağının yanması zamanı əmələ gələn aşındırıcı kimyəvi turşunun buxarlarlanması nəticəsində baş verə bilər. Ehtimal olunur ki, duman kollec ərazisinə ondan 5 km aralıqda yerləşən “Ariane Group” raket-kosmik texnologiyalar şirkətinin iki müəssisəsindən daxil olub.

Bildirilir ki, bu müəssisələrin birində “Ariane 5” ağır raketləri üçün, həm də hazırda hazırlanan yeni raket seriyaları – “Ariane 6”-nın iki variantı üçün yanacaq hazırlanır.

İnsanların zəhərlənməsi ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə:
0
217
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar