Təhsil İdman Mərkəzinin (TİM) “Gəncə” komandası U-11 Liqasından kənarlaşdırılıb.
Offsideplus.az-ın məlumatına görə, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi komanda çempionatın təqvim oyununa üzrlü səbəb olmadan üçüncü dəfə gəlmədiyi üçün Gəncə təmsilçisini yarışdan xaric edib. “Təbriz” TİM-lə görüşdə təyin olunan vaxtda oyuna gəlməyən komanda 3-cü dəfə buna yol verib.