AFFA-dan “Xəzər Lənkəran”la bağlı yeni...

AFFA “Xəzər Lənkəran” Mərkəzi Stadionunu təmir etmək fikrindədir.

Eyniadlı klubun balansında olan arena 2016-ciı ildən etibarən baxımsız vəziyyətdədir.

“Palmali” şirkətinin “Xəzər Lənkəran”ı maliyyələşdirməkdən və komandanın faəliyyətini dayandırmasından sonra diqqətdən kənarda qalan idman qurğusu tanınmaz hala düşüb.

Federasiyanın nümayəndələri bugünlərdə stadionda olub, real durumu incələyib. Bütün bu planlar “Xan Lənkəran”a görədir.

Qurumun məqsədi yeni yaranan cənub komandasını növbəti “futbol ili”ndə I Divizionda görməkdir.

Region Liqasında debüt mövsümünü keçirən kollektiv hazırda adıçəkilən stadionda məskunlaşıb və ev oyunlarını da burada keçirir.

SPORTİNFO.AZ

Mənbə:
0
186
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar