Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, iyulun 5-də Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət heyətin işğaldan azad olunmuş ərazilərə növbəti səfəri baş tutub. AZƏRTAC xəbər verir ki, Baş nazir və Prezident Administrasiyasının rəhbərinin başçılıq etdiyi heyət əvvəlcə Tərtər rayonunun Suqovuşan qəsəbəsində Vətən müharibəsi şəhidlərinin şərəfinə ucaldılmış abidəni ziyarət edib. Daha sonra “Suqovuşan-1” Su Elektrik Stansiyası və Suqovuşan su anbarına baxış keçirilib, “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev və Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov tərəfindən Azərbaycan Prezidentinin tapşırıqları ilə bağlı görülən işlər barədə məlumatlar verilib. Daha sonra Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova Turizm İnkişaf Konsepsiyası ilə bağlı görülən işlər barədə məruzə edib. “Azərişıq” ASC-nin sədri, Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov nümayəndə heyətinə icra edilən layihələr barədə ətraflı məlumat verib. Heyət Suqovuşan qəsəbəsində turizm təyinatlı fərdi evlərdə aparılan təmir-bərpa işləri ilə də tanış olub. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov görülən işlər barədə təqdimat edib. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Heyət üzvləri, həmçinin Tərtər rayonunun işğaldan azad edilən Talış kəndində olublar. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev kəndin hazırlanan layihəsi barədə, Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova kəndin dövlət başçısının son tapşırıqlarına uyğun olaraq tərtib olunan Turizm İnkişaf Konsepsiyası barədə məlumat veriblər. Daha sonra Ağdam istiqamətində yola düşən heyət üzvləri Bərdə-Ağdam dəmir yolunun, eləcə də Bərdə-Ağdam, Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yollarının tikintisi işləri ilə tanış olublar, görülən işlər barədə “Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Hicran Valehov və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov məruzələr ediblər. Şahbulaq qalasında görülən işlərlə tanışlıq zamanı Şahbulaq Turizm Kompleksinin layihəsi barədə məlumat verilib. Daha sonra ANAMA-nın Ağdam mobil sahə düşərgəsinə yola düşən iştirakçılar düşərgə və minatəmizləmə işləri ilə tanış olublar. Ağdam şəhəri ərazisində heyət üzvləri “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinə baxış keçirib, daha sonra iqtisadiyyat naziri Mikayıl Cabbarov Ağdam Sənaye Parkında görülmüş işlər barədə heyətə ətraflı məlumat verib. Heyət üzvləri, həmçinin Ağdamda inşa olunan yaşayış kompleksinin tikinti işləri ilə də tanış olub. Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Ağdam Cümə məscidində görülən işlər barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Fondun icraçı direktoru Anar Ələkbərov ətraflı məlumat verib. Daha sonra təhsil naziri Emin Əmrullayev heyəti Ağdamda 1 saylı tam orta məktəbdə aparılan tikinti işlərinin gedişatı ilə tanış edib. Səfərin sonunda Baş nazir və Prezident Administrasiyasının rəhbərinin başçılıq etdiyi heyət Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış olublar. Səfər müddətində baxış keçirilən bütün yenidənqurma və bərpa işlərinin, habelə infrastruktur layihələrinin Prezident İlham Əliyevin tapşırıqlarına uyğun yerinə yetirilməsi istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq göstərişlər və tövsiyələr verilib. 
Bu gün “TikTok” sosial şəbəkəsi üzərindən bir nəfərin parçaya bükülmüş halda baltaya oxşar əşyanı nümayiş etdirərək insanları hədələdiyini əks etdirən görüntü paylaşılıb. Bununla əlaqədar 1news.az-a sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, qeyd olunan videonu paylaşan şəxsin 39 yaşlı Roman Məmmədov olması müəyyən edilib və saxlanılıb. İlkin dindirilmə zamanı R.Məmmədov törətdiyi xuliqanlıq əməlini etiraf edərək bu tip videoları sosial şəbəkələrdə məşhurlaşmaq məqsədilə çəkdiyini, fərdi qaydada təmir-tikinti işləri ilə məşğul olduğunu və uzun müddətdir ki, o da digər ustalar kimi təmir alətləri ilə metrodan istifadə etdiyini bildirib. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 "Bu gün insanlar ictimai nəqliyyatdan - avtobuslardan, eləcə də metrodan istifadə edərkən üzərində olan belə təsərrüfat alətləri ilə işə gedib-gəlirlər. Metrodakı müşahidə kameralarına da baxdıqda həmin şəxsin gündəlik olaraq əşyalarının polis əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra metroya daxil olması görünür. Odur ki, belə əşyaların metroya keçirilməsi orada xidmətdə olan polis əməkdaşlarının nəzarətinin zəif olması anlamına gəlməməlidir", - açıqlamada deyilir. Hazırda faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri həyata keçirilir. 
Frontclear Unibank KB ilə AZN/USD -də çatdırılmayan kross-valyuta svop (NDCCS) sazişini təşkil edib və strukturlaşdırıb. Bu saziş “Unibank”ın ABŞ dolları üzrə öhdəliklərini effektiv şəkildə manat öhdəliyinə çevirmək imkanı yaradır, bu isə bankın müştərilərinin milli valyutada maliyyələşdirilməsi imkanlarını daha da artıracaq. NDCCS əməliyyatı Baş ISDA Müqaviləsinə əsasən sənədləşdirilib. Frontclear-ın sövdələşməni səmərəli təşkili və strukturlaşdırması ilə Azərbaycanda ləğvetmə nettinqi ilə əlaqəli olan bəzi hüquqi məsələlərə də aydınlıq gətirildi.  “Biz Azərbaycanda daha bir ISDA törəmə əməliyyatını həyata keçirməkdən və Azərbaycanın pul bazarlarının inkişafını daha da irəli aparmaqdan məmnunuq. Bu sövdələşmə dünya bazarlarında oyunçuların Azərbaycan bazarına çıxış imkanlarını genişləndirir və ölkədə bu cür əməliyyatların hüquqi risklərini azaldır. Bizim iştirakımız Azərbaycanda bu istiqamətdə ən yaxşı təcrübələri təbliğ edir”. – Andrey Şinkeviç, “Frontclear”ın baş vitse-prezidenti Unibank KB-nin İdarə Heyətinin sədri Faiq Hüseynov isə hesab edir ki, Frontclear və TCX kimi mötəbər təşkilatlarla əməkdaşlıq, bankın müştəriləri üçün yeni imkanlar yaradacaq: “Biz çox şadıq ki, NDCCS əməliyyatı “Unibank”ın strategiyasında mühüm hədəflərdən biri olan yerli biznesin maliyyələşdirilməsi üçün yeni fürsətlər açır. Bu müqavilə korporativ müştərilərimizi ucuz və aşağı riskli maliyyə resursları ilə təmin etmək üçün daha çox imkanlar yaradacaq. Beləliklə, Unibank real iqtisadiyyatın inkişafına dəstəyini daha da artıra biləcək”. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
  “Biz Frontclear ilə əməkdaşlıqdan məmnunuq, çünki TCX-yə “Unibank”ın öz ABŞ dolları öhdəliklərini AZN-ə dəyişdirmək yolunu təklif etmək imkanı yaradıb. Bu təklif “Unibank”a öz müştərilərinin milli valyutada maliyyələşdirilməsi tələbini ödəməyə imkan verir. Frontclear kredit və hüquqi riskləri əhatə etdiyi üçün TCX də bu tərəfdaşlığın benefisiarıdır. Hal-hazırda TCX-nin qarşısında Fondun uzunmüddətli münasibətlərinə xidmət edən, gələcəkdə daha rahatlıqla birbaşa əlaqələrə girməsi və tərəfdaşlarla birbaşa əlaqələr qurmaq üçün imkanlar açılır.– Jerome Pirouz, strukturlaşdırma üzrə baş vitse-prezident, TCX   Frontclear haqqında Frontclear Amsterdam yerləşən maliyyə inkişaf inistutudur. Frontclear Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Hollandiyanın FMO inkişaf bankı, Financial Sector Deepening Africa (FSDA), Fransız İnkişaf Bankı Proparco, Valyuta Mübadilə Fondu (TCX) daxil olmaqla, Avropa inkişaf maliyyə institutları, Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Ofisi (FCDO) və Almaniya İnkişaf Əməkdaşlıq Nazirliyi (BMZ) tərəfindən maliyyələşdirilir. Frontclear-ın zəmanətləri AAA reytinqli Alman İnkişaf Bankı olan KfW tərəfindən əks-zəmanət verilir. Frontclear-ın inkişaf mandatı qarşı tərəfin kredit riskini ödəmək üçün maliyyə zəmanətlərinin təmin edilməsi yolu ilə inkişaf etməkdə olan və sərhəd bazarlarında daha sabit və inklüziv maliyyə bazarlarını katalizləşdirməyə yönəlib. Frontclear həmçinin maliyyə infrastrukturunun, hüquqi mühitin, habelə yerli bazar iştirakçılarının bacarıq və potensialının inkişafı üçün texniki yardım təklif edir. Frontclear haqqında ətraflı məlumatı www.frontclear.com səhifəsindən ala bilərsiniz. Unibank haqqında Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Azərbaycanın iri özəl banklarından biridir. Bank paytaxtda və regionlarda geniş xidmət şəbəkəsinə malikdir. 30 ildir fəaliyyət göstərən Unibank, 1 milyondan çox fərdi və korporativ müştəriyə xidmət göstərir. Unibank uğurlu kommersiya fəaliyyətinə və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb. Bank haqqında ətraflı https://unibank.az/ səhifəsindən öyrənə bilərsiniz. TCX haqqında TCX bu cür məhsulların mövcud olmadığı və ya əlçatan olmayan 100-dən çox maliyyə bazarında uzunmüddətli valyuta svopları və forvard təklifləri təklif edən qlobal inkişaf maliyyə təşəbbüsüdür. Fond 2007-ci ildə fəaliyyətə başlayıb və o vaxtdan bəri 11 milyard ABŞ dollarından çox yerli valyuta kreditləri üçün hedcinq alətləri təqdim edib. 2021-ci ilin sonuna fondun portfeli 1,2 milyard ABŞ dolları fondun kapitalı ilə dəstəklənən 55 valyutada yayılmış 5 milyard ABŞ dolları təşkil etmişdir. TCX S&P tərəfindən tək A və Moody's tərəfindən A1 olaraq qiymətləndirilib. https://www.tcxfund.com/ 
Reklam hüququnda
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları siqaretlərin, mobil telefon və aksesuarların, müxtəlif adda məhsulların Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni yollarla keçirilməsi cəhdinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsindən 1news.az-a verilən məlumata görə, Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olan məlumat əsasında Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus çantalara gömrük yoxlaması həyata keçirilib. Bu zaman vətəndaş tərəfindən gömrük nəzarətinə bəyan edilməyən, şəxsi istifadə malları qismində təqdim etdiyi 3 ədəd əl çantasının və 1 ədəd çamadanın müxtəlif yerlərində 1180 ədəd aksiz markası ilə markalanmayan siqaret, 3 ədəd “iPhone 13 pro max 128 GB” markalı mobil telefon, 5 ədəd “İPhone13 pro” markalı mobil telefonun qutusu, 2 ədəd “iPhone” markalı mobil telefon üçün qidalandırıcı başlıq, 2 ədəd “Macbook air” markalı noutbuk və qutusu, 2 ədəd “Galaxy Watch 4” markalı saat, 3 ədəd “Sony” və “Logitech” markalı “playstation” idarəetmə qurğusu, 15 ədəd “Sony-playstation” üçün oyun diski, 7 ədəd “USB”,1 ədəd “Airpods pro” markalı “qulaqlıq” 1 ədəd səsgücləndirici qurğu, 4 qutu üzərində “Dulcolax bisacodyl 5 mg, 40 tablet” yazısı olan dərman preparatı, 29 ədəd üzərində “Yuolo 2500 puffs” yazısı olan elektron siqaret, həmçinin 23 ədəd üzərində “Green Coffe 30 tablets” yazısı olan 23 ədəd kofe, 15 ədəd gülab suyu, 10 ədəd “Dure touch 60 ml.e” markalı ətir və 2 qutu qida əlavəsi aşkar edilib.
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji əməkdaşlığına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında fərman imzalayıb.
1news.az xəbər verir ki, fərmana əsasən, 2021-ci il aprelin 30-da Bakı və Cakarta şəhərlərində imzalanmış “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji əməkdaşlığına dair Anlaşma Memorandumu” təsdiq edilib.
Yaponiyada fotoqraf modeli meşəyə apararaq öldürüb. 1news.az milli.az-a istinadən bildirir ki, bu haqda Yahoo! News xəbər verir. 23 yaşlı Rina Arano Tokioda yaşayıb, tibb kollecində təhsil alıb və model kimi fəaliyyət göstərib. "Mən həmişə uzun paltarlar geyinirəm və anime personajları kimi yüksək səsə sahibəm", - o müsahibələrin birində deyib. Qız iyunun 5-də yoxa çıxıb, 3 gün sonra isə onun yaxınları polisə müraciət ediblər. Təxminən iki həftə sonra Aranonun cəsədi İbaraki prefekturasındakı meşədə tapılıb. Qız çılpaq idi və ağaca bağlanmışdı. Rəsmi ölüm səbəbi hələlik açıqlanmasa da, mərhumun boynunda onun boğulduğunu göstərən izlərin tapıldığı qeyd edilir. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Polis tezliklə 33 yaşlı Hiroyuki Sanpeyi həbs edib. O, Aranonu Hitatiota şəhəri yaxınlığındakı bağ evində saxlamaqda şübhəli bilinir. Qızın yaxınlarının dediyinə görə, onlar sosial şəbəkədə tanış olublar. İddialara görə, Sanpey foto çəkməyi çox sevirdi və qızı poza verməyə dəvət edib. Kişinin smartfonunda Arano ilə yazışmalar və onun əlləri qandallı olduğu fotoşəkilləri tapılıb. Sanpey onların modelin razılığı ilə baş tutan fotosessiya zamanı çəkildiyini iddia edir. O, həmçinin bildirib ki, Aranonu həqiqətən də bağ evinə aparmaq üçün maşınına mindirib, lakin sonradan onu ən yaxın mağazanın yaxınlığında düşürüb və o vaxtdan bəri onu görməyib. Mərhumun mobil telefonu həmin şəxsin villasından tapılıb. Müstəntiqlər Sanpeyin ifadəsində uyğunsuzluqlara diqqət çəkib, bundan sonra o, polislə əlaqə saxlamaqdan imtina edib. Fotoqrafın avtomobilindən olan kamera görüntüləri onun daha sonra Aranonun cəsədinin tapıldığı yerə yaxınlaşdığını göstərir. İstintaq davam edir. 
1news.az
Prezident İlham Əliyev “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanmış Sazişdə Dəyişiklik” sənədinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Qanunu imzalayıb. 1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən məlumatına görə, Sənəddə qeyd edilir ki, “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC ABŞ arasında Saziş (bundan sonra - Saziş) 1997-ci il avqustun 20-də bağlanmış və Azərbaycan Respublikasının 1998-ci il 17 mart tarixli 456-IQ nömrəli Qanunu ilə qəbul və təsdiq edilmiş, onun həyata keçirilməsinə icazə verilmişdir. Sazişin müvafiq şərtlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında 2022-ci il iyunun 20-də Bakı şəhərində “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanmış Sazişdə Dəyişiklik” imzalanmışdır. Qanuna əsasən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında imzalanmış “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanmış Sazişdə Dəyişiklik” (bundan sonra - “Dəyişiklik”) qəbul və təsdiq edilir, onun həyata keçirilməsinə icazə verilir. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Sazişdə iştirak edən Podratçıya verilən Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri (bundan sonra – “Hökumət təminatı”) qəbul edilir və onların həyata keçirilməsinə icazə verilir. Bu Qanun qüvvəyə mindikdən sonra Dəyişiklik Qanun olur. Dəyişiklik, onun qüvvəyə minməsindən irəli gələn bütün hüquqi nəticələri ilə Sazişin ayrılmaz hissəsi olur. Saziş, Dəyişiklik ilə əlavə və dəyişiklik edilmiş şəkildə tam hüquqi qüvvəyə malik olmağa davam edir və Azərbaycan Respublikasının Qanunu olaraq tam qüvvəsini saxlayır. Bu Qanun qüvvəyə mindikdən sonra Hökumət təminatı Qanun olur. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Hökumət təminatı Sazişin qüvvədə olduğu müddət ərzində Hökumət təminatına uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. 
Bu Qanun qüvvəyə mindikdən sonra Podratçının (və ya onun hüquq varislərinin) Hökumət təminatı üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.
1news.az xəbər verir ki, fərmana əsasən, 2021-ci il oktyabrın 21-də Bakı və Ulan-Bator şəhərlərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.
İyunun 1-dən 30-na qədər aptek təşkilatlarında keçirilmiş yoxlamaların nəticəsi açıqlanıb. Analitik Ekspertiza Mərkəzindən 1news.az-a verilən xəbərə görə, həmin müddətdə 40 aptekdə yoxlama keçirilib. Yoxlamalar zamanı 10 adda, 35 qutu dərman vasitəsi satışdan kənarlaşdırılıb. Maddələr üzrə 7 protokol tərtib edilib. 1news.az <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
“Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. 1news.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fərman imzalayıb. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İsrail Dövləti Hökumətinə bildiriş göndərməlidir. Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş” 2022-ci il martın 30-da Təl-Əviv şəhərində imzalanıb. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
1news.az
Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 18-ci km-dən ayrılan və 3.8 km uzunluğa malik torpaq örtüklü Aşağı Güzdək avtomobil yolu uzun müddət istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir edilmədiyindən hərəkətdə problemlər yaradırdı. Problemlərin aradan qaldırılması, ərazidə yaşayan 11 min əhalinin rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri sona çatdırılıb. Agentlikdən 1news.az-a verilən məlumata görə, avtomobil yolu 2 hərəkət zolaqlı və 10 metr enində olmaqla yenidən qurulub. Yolun böyük hissəsi torpaq, bir hissəsi isə deformasiyaya uğramış asfalt örtüyündən ibarət idi. Yenidənqurma işləri çərçivəsində örtük sökülüb, torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb. Yeni torpaq yatağının və yol əsasının inşası aparılıb, zəruri yerlərdə 3000 p/m piyada səkiləri inşa edilib. Yolboyu “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən iki qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi, kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunub. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Sonuncu mərhələdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolboyu zəruri yerlərdə yol nişanları quraşdırılıb, yolun üfüqi nişanlanma xətləri çəkilərək yol yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə verilib. <iframe allow="accelerometer;" autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="" frame height="315" src="https://www.youtube.com/embed/24dUcIUJkks" title="Abşeron" rayonunun aşağı güzdək avtomobil yolu yenidən qurulur" width="765"> 
Sumqayıtda yanğın olub.
FHN-dən 1news.az-a verilıən məlumata görə, Sumqayıt şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-nin yükvurma stansiyasının ərazisində (hazırda fəaliyyət göstərmir, məcburi köçkünlər məskunlaşıb) ümumi sahəsi 100 m² olan taxtadan ibarət köməkçi tikili və içərisində ev əşyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib. 
Dövlət Xidmətindən 1news.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Maddi -Texniki Təchizat İdarəsindən daxil olmuş yekun protokollar təhlil edilərkən müəyyən olunub ki, elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderlərdə iştirak üçün bəzi dövlət orqanları və maliyyə institutları adından təqdim edilən sənədlər saxtalaşdırılıb.
Müxtəlif atributların və hesablama texnikası, avadanlıqlar və isitmə-soyutma sistemlərinin təmiri işləri və texniki xidmətin satın alınması üzrə keçirilmiş açıq tender prosedurlarında iştirak edən “Standart TT 2022” MMC, “Business Connection” MMC və “Furniture Art” MMC-yə aid bank arayışları və digər sənədlərə müdaxilə edilməklə saxtalaşdırılıb və dövlət satınalmalarının vahid internet portalına yüklənib.
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 793 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 465 nəfər müalicə olunaraq sağalıb, 9 718 nəfər vəfat edib, aktiv xəstə sayı 254 nəfərdir. Ölkədə son sutka ərzində 2 403, hazırkı dövrədək isə 6 974 930 test aparılıb. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
1news.az
Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 5-də Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzinin açılışında iştirak edib. Müdafiə Nazirliyindən verilən xəbərə görə, Baş İdarə rəisi general-mayor Məmməd Eminov müasir avtomatik idarəetmə sistemləri ilə təchiz olunmuş mərkəzin fəaliyyəti barədə müdafiə nazirinə məruzə edib. Bildirilib ki, ən yeni texnoloji avadanlıqla təchiz edilmiş mərkəz Azərbaycan Ordusunun informasiya-kommunikasiya texnologiyaları mühitinə fasiləsiz müşahidə və nəzarəti həyata keçirməklə kibertəhlükəsizliyi təmin edəcək. Qeyd olunub ki, inkişaf etmiş ölkələrin kibertəhlükəsizlik sahəsində qabaqcıl təcrübəsi nəzərə alınmaqla yaradılan mərkəzdə informasiya-kommunikasiya texnologiyaları və komanda-idarəetmə sistemlərinin davamlı izlənilməsi və idarə edilməsi, təhdidlərin vaxtında aşkar olunması, rəqəmsal araşdırmalar, elektron təhlükəsizlik yoxlamalarının aparılması və digər fəaliyyətlər icra ediləcək. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Müdafiə naziri Azərbaycan Ordusunda kibertəhlükəsizlik tədbirlərinin daha da təkmilləşdirilməsi ilə əlaqədar komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub. <iframe allow="accelerometer;" autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="" frame height="315" src="https://www.youtube.com/embed/kfmy7UihEKc" title="YouTube" video player" width="560"> 
Bakıda “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və BMT-nin İnkişaf Proqramının dəstəyi ilə hibrid formatda beynəlxalq konfrans keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, Xəzəryanı ölkələrin mütəxəssislərinin, beynəlxalq təşkilatların nümayəndələrinin və xarici ekspertlərin iştirakı ilə keçirilən konfransda Xəzər dənizinin hazırkı və gözlənilən səviyyə tərəddüdləri, həmçinin iqlim və səviyyə proqnozlarını nəzərə alaraq milli və regional uyğunlaşma tədbirlərinin müəyyən edilməsi üçün əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Konfrans iştirakçılarına ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev videoformatda müraciət edib. Çıxışda Xəzər dənizinin aktual problemləri, bu sahədə ölkəmizdə görülən tədbirlər, milli və regional uyğunlaşma planlarının və “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası” timsalında regional əməkdaşlığın əhəmiyyəti barədə məlumat verilib. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Aparılan müzakirələrdə Xəzəryanı ölkələrin nümayəndələri ilə birgə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İbrahim Quliyev, İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin katibi Abdallah Mokssit, BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin Rezident Nümayəndəsi vəzfəsini icra edən Çaru Bist, SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov, BMT-nin Ətraf Mühit Proqramının Avropa Ofisinin Regional Əlaqələndiricisi Mahir Əliyev, BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev, Bakı beynəlxalq Dəniz Ticarət Limanının rəhbəri Eugene Seah iştirak edib. Xəzər dənizinin problemləri ilə bərabər mütıxəssislər tərəfindən iqlim dəyişmələri üzrə hökümətlərarası ekspert qrupunun cari ilin iyun ayında Bonn şəhərində İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Elmi və Texniki aspektlər üzrə Yardımçı Təşkilatının 56-cı sessiyasında təqdim olunan qiymətləndirmə hesabatının nəticələri, son onillikdə iqlim dəyişmələri tempinin artması və gələcəkdə gözlənilən tərəddüdlərə dair aparılan araşdırmalar ətrafında fikir mübadiləsi aparılıb. 
Bu gün Xalq artisti Röya Ayxanın qardaşı İsmayıl Nəcəfovun toyudur. 1news.az xəbər verir ki, mediaya qapalı keçirilən məclisdən ilk görüntülər sənətçinin mətbuat xidməti tərəfindən təqdim edilib.
 Qeyd olunub ki, Bakıda dəbdəbəli restoranların birində baş tutacaq gecəyə özəl hazırlanıb. Belə ki, bəylə gəlinin obrazı üzərində Xalq artistinin dostları çalışıb. Mətbuata təqdim olunan fotoların müəllifi Niko Abbasovdur. Qeyd edək ki, mətbuata qapalı olan toyda hətta qonaqların da telefonla çəkiliş etməsi qadağandır. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
“Kənddən Şəhərə” layihəsi çərçivəsində Bakı və Sumqayıt ərazisində Qurban bayramı ilə əlaqədar olaraq qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq. Kənd Təsərrüfatı Nazirliyindən 1news.az-a verilən məlumata görə, yarmarkasının təşkilində əsas məqsəd vətəndaşların qurbanlıq qoyunlara artan tələbatını ödəmək, alternativ qurbanlıq seçimi imkanlarını artırmaq və onlayn xidmətlərdən istifadəni təşviq etməkdir. Qurbanlıqların onlayn şəkildə sifarişi qurbanliq.kendden.az elektron portalı vasitəsilə həyata keçiriləcək. Elektron portal 5 iyuldan etibarən vətəndaşların istifadəsinə veriləcək. Qurbanlıq qoyunları onlayn sifariş etmək istəyən vətəndaşlar qurbanliq.kendden.az saytına daxil olaraq 5 iyul 18:00-dan 8 iyul 18:00-dək şəxsi məlumatlarını mövcud xanalar üzrə qeyd edə və satış məntəqələri üçün onlayn növbə götürə bilərlər. Sifariş zamanı vətəndaşlar qurbanlıqlarını götürmək istədikləri məntəqə ünvanlarını, tarixi və saatı seçməkdə sərbəstdirlər. Qurbanlıq qoyunlar çəkilərinə uyğun olaraq iki kateqoriyada vətəndaşlara təklif olunur. Sifariş edilən qurbanlığın dəyəri diri çəkidə hər kiloqram üçün müəyyən olunmuş məbləğdə hesablanaraq ödəniləcək. Vətəndaşlar satın almaq istədikləri qurbanlıq qoyunun dəyərinin bir hissəsini (20 AZN) əvvəlcədən onlayn sifariş etdikləri zaman portal üzərindən, məbləğin qalan hissəsini isə satış məntəqəsindən qurbanlığı əldə etdikləri zaman ödəyəcəklər. Qurbanlıqlar yalnız diri formada vətəndaşlara təqdim olunacaq. Vətəndaşların sifarişi qəbul edildikdən sonra onların mobil telefonuna sifarişin təsdiq edilməsi barədə SMS-bildiriş göndəriləcək. Daha sonra vətəndaşlar seçdikləri tarix və saatda müvafiq ünvana yaxınlaşaraq mobil telefonlarına göndərilmiş təsdiq bildirişini göstərməklə sifariş etdikləri qurbanlığı əldə edə biləcəklər. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı və Sumqayıt ərazisində aşağıda qeyd edilən satış məntəqələrindən götürə biləcəklər: Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 52C Nərimanov rayonu, Əlyar Əliyev küçəsi, 26 Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan yolu 22 Səbail rayonu, Gülbala Əliyev küçəsi, 20 Xətai rayonu, İnqilab İsmayılov küçəsi (5 saylı binanın arxası) Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 196 (“İnşaatçılar metro stansiyasının yaxınlığı) Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, 110H Sumqayıt şəhəri, Çerkassi küçəsi, 53-cü məhəllə 
1news.az
Yaponiya hökuməti Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Rusiya və Belarusdan olan daha 90 şəxs və təşkilata qarşı sanksiya tətbiq edib. 1news.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə çərşənbə axşamı Yaponiya Maliyyə Nazirliyinin saytında dərc olunmuş hesabatda deyilir. Yeni sanksiya siyahısına Rusiya Baş nazirinin müavini Dmitri Qriqorenko, xalq artisti Sergey Rolduqin, həmçinin “Severstal” “PJSC” və “PJSC Power Machines”-in direktorlar şurasının sədri Aleksey Mordaşovun qohumları daxildir. Həmçinin Yaponiya hökuməti sentyabrın 5-dən Rusiyadan qızıl idxalına və mühasibat uçotu, audit, konsaltinq xidmətlərinin göstərilməsinə qadağa qoyub. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Qızıl idxalına qoyulan qadağanın təfərrüatları ictimaiyyətə sonradan açıqlanacaq. 
1news.az
Sosial şəbəkələrdə əlində balta ilə metroya girdiyini deyən şəxs yeni paylaşım edib.  1news.az-ın xəbərinə görə, o, bildirib ki, əlində olan balta yox, çəkicdir. <blockquote cite="https://www.tiktok.com/@mirni_qeqi_r.c.l.011/video/7116842318992280833" class="tiktok-embed" data-video-id="7116842318992280833" style="max-width:;" 605px;min-width: 325px;"> 
@mirni_qeqi_r.c.l.011 #kesfet #kesfetteyiz #kesfetbeniöneçıkart <a href="https://www.tiktok.com/music/orijinal-ses-7116842477373508354" target="_blank" title="♬" orijinal ses - ✴️roma✴️mİrnİ qƏqİ✴️">♬ orijinal ses - ✴️ROMA✴️MİRNİ QƏQİ✴️
 *** Saat 14:14 <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Bakı metrosunda əlibaltalı şəxs peyda olub. 1news.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib. Belə ki, əlində sellofana bükülmüş balta ilə gəzən şəxs cinsi azlıqları hədələyir. O qeyd edir ki, əgər qarşısına belə bir şəxs çıxsa, baltalayacaq. 
Həmin görüntüləri təqdim edirik: 
Jurnalist Əli Zülfüqaroğlu və diaspor üzrə ekspert Elnur Eltürkün Şuşa ilə bağlı hazırladıqları yazı 9 ölkənin 16 mətbuat orqanında yayımlanıb.  “Şuşa: dünyanın mədəniyyət incisi” sərlövhəli yazı İngiltərə, İtaliya, İordaniya, İraq, Misir, Əlcəzair, Sudan, Özbəkistan və Pakistanın müxtəlif mətbuat orqanlarında işıq üzü görüb. Məqalədə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2022-ci ili Şuşa ili elan etdiyi diqqətə çatdırılır. Yazıda Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Qarabağ bölgəsində, eyni zamanda Şuşada ciddi quruculuq işləri görüldüyü, bununla yanaşı Şuşanın artıq beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi qeyd olunur. <div class="AdviadNativeVideo" style="clear:both;" max-width: 720px; margin:0 auto;">
 Həmçinin Şuşanın görkəmli incəsənət xadimlərindən, şəhərin 1992-ci ildə Ermənistan tərəfindən işğal olunması, uzun illər işğal altında saxlanılmasından, işğal müddətində Azərbaycanın tarixi abidələrinin dağıdılmaslndan bəhs edilir: “...2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Şuşanın azad olunması münasibətilə xalqa müraciətində bəyan etmişdi ki, Qarabağın tacı olan bu şəhər tezliklə dirçəldiləcək və özünün əvvəlki şöhrətini qaytaracaq. Beləliklə Şuşa 30 il işğal altında saxlanılan Qarabağın azadlıq, eyni zamanda ədalətin, sülhün, əminamanlığın simvoludur. Şuşa həmçinin mədəniyyət beşiyidir. Bu baxımdan Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin Şuşa ili elan edilməsinin xüsusi anlamı var. Xatırladaq ki, Şuşa işğaldan azad edildikdən sonra orada çoxsaylı beynəlxalq tədbirlər keçirilib. Şuşa şəhəri milli-mədəni və beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu gün Şuşa öz sahiblərinə qayıdıb. Şuşa inkişaf edir və dünyanın ən gözəl turistik mərkəzlərindən birinə çevriləcək. Qədim Azərbaycan şəhəri olan Şuşaya çoxsaylı xarici siyasətçilər, elm adamları, eksperltər, jurnalistlər səfərlər edbilər. Xarici ölkələrdə fəaliyyət göstərən həmkarlarımızı Şuşaya dəvət edir və bu möhtəşəm mədəniyyət paytaxtımızı görmələrini arzulayırıq”. Yazılara bu linklərdən daxil olmaq mümkündür: İngiltərə: https://www.t-vine.com/2022-and-the-year-of-shusha-restoring-the-crown-of-karabakh-to-its-former-glory/?fbclid=IwAR30VpjsSVcWwxernN6JCD2rCsLFqW0xfJhjQOGdjiQ1TDaSTy_H4JmUHWQ İtaliya: http://www.italianinsider.it/?q=node%2F11096&fbclid=IwAR0tqj2mDb9wqLHF9KvnNgWI3UXptPeMj8ZiYc52BATKCzAjO7NpLvIOxYk İordaniya: https://alanbatnews.net/article/372591?fbclid=IwAR2lVOl2w7o7R_pukbBnlI9JplY9JK3nYqarqLFj4bUVLUa9YTRJM448ysc https://nayrouz.com/article/280420?fbclid=IwAR3WX3OjgAQYVNPgvLMtwlzYmqC7U81tXM7ObifbLZjdaWLZF9XH6mffRTM#.YqHOEeVheSM.whatsapp http://www.nbnjo.com/post.php?id=175268&fbclid=IwAR2Z6QgN520TcW_nYsOqcTRQNRGtJvSIJ7kEGPP4wVscdnHoY7troBBakPI https://johinanews.com/article/187662?fbclid=IwAR1n_qEB9TFLBjr-rJ-YF5fWVw-aTIoD0ORS47vAmlAukOm7Dgh4I3ltWvk https://orobanews.com/2022/06/09/%d8%b4%d9%88%d8%b4%d8%a7-%d8%af%d9%8f%d8%b1%d9%91%d8%a9-%d8%a7%d9%84%d8%b9%d8%a7%d9%84%d9%85-%d8%a7%d9%84%d8%ab%d9%82%d8%a7%d9%81%d9%8a%d8%a9/?fbclid=IwAR1-WVisiVRZe69Z2yi81O_coi7NYy7iM75gQL4hluDEV1ureKqYnOix--0 İraq: https://almadaeennews.blogspot.com/2022/06/blog-post_21.html?m=1&fbclid=IwAR0lfu6IFiJQO3jjwizwT1tl4idWnDnjjOUfsnXdqJgJ_zCow7t_Pty2MlA https://www.agnaden.net/?p=16390&fbclid=IwAR29EeiTCRRDXTwqdkC6xddAGRT3ue6Q0jo381FCINqBnKP5yaNvkvr4RPY https://afkarhura.com/?p=27308&fbclid=IwAR2hVMaFmIO4UNthgZ43VkAsX_ds-3FX4yBBdnmnqNo8eJLQCzl6zLx1kM4 Əlcəzair: https://alharir.info/%D8%B4%D9%88%D8%B4%D8%A7-%D8%AF%D9%8F%D8%B1%D9%91%D8%A9-%D8%A7%D9%84%D8%B9%D8%A7%D9%84%D9%85-%D8%A7%D9%84%D8%AB%D9%82%D8%A7%D9%81%D9%8A%D8%A9/?fbclid=IwAR3ERQck6BaQpSinboUVtaitlltzj2j1Al7HF7mNyjXpr5aHi1AItORZEEQ Sudan: https://mirsadenergy.com/ar/archives/1784?fbclid=IwAR01RwUb80Tq4FxoUiZF4yUbPPgVOo_fvU8Q76Q3B2modMLeUXgGV0aef4s Misir: https://rayetmisr.com/%D8%B9%D9%84%D9%8A-%D8%B0%D9%88-%D8%A7%D9%84%D9%81%D9%82%D8%A7%D8%B1-%D8%A3%D9%88%D8%BA%D9%84%D9%88-%D9%8A%D9%83%D8%AA%D8%A8-%D8%B4%D9%88%D8%B4%D8%A7-%D8%AF%D9%8F%D8%B1%D9%91%D8%A9-%D8%A7%D9%84/?fbclid=IwAR3hRMSrxqxvvkhp3h29lTCgExVEYiUVfN75qR4LWmcFr5KVo0aEyjOZa_4 https://wwnewss.com/?p=36576&fbclid=IwAR0auTsIjWGkGnC8jyDcA4DgFSHE-DVpmMGikKSmun6NUEr0zkQhwFg009w Özbəkistan: https://darakchi.uz/oz/146597?fbclid=IwAR2ks5i4b2J5xFNL1SfWIYc_ec8zrZFDUTTgW_2rLX8MWBhjO5lqSDvkW-M Pakistan: 
https://pakistaneconomicnet.com/story/62136/?fbclid=IwAR0xOdRiGUwb8peo5FgKswFhQMzmunP4PZGd8tczWcxuAtYfykNIPDB2z7c