AZ

Ukraynadakı müharibədə 6 min məhbusun öldüyü təsdiqlənib

Bu arada BBC Rus Xidmətinin və Mediazonanın jurnalistləri könüllülər qrupu ilə birlikdə Ukraynadakı müharibədə 34 857 rus əsgərinin öldüyünü təsdiqləyiblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, son iki həftə ərzində siyahı 953 ad artıb.

Qeyd edilir ki, itkilər ən çox səfərbər olunanlar arasında artıb. Ümumilikdə jurnalistlər səfərbərlik yolu ilə müharibəyə göndərilənlərə həsr olunmuş açıq mənbələrdə 4056 nekroloq tapıblar.

Onlardan mindən çoxu 2023-cü ilin iyunundan, yəni Ukrayna əks-hücumunun başlamasından sonra həlak olub.

Müharibə zamanı 6410 məhbus və 3532 könüllü həlak olub.

“Yuxarıda göstərilən itki rəqəmləri səfərbər olunanlar arasında həlak olanların ən mühafizəkar təxminidir, çünki biz yalnız ölümün açıq şəkildə təsdiqləndiyi və döyüşçü statusunun müəyyən edilə biləcəyi halları nəzərə alırıq”.

Bunu jurnalistlər vurğulayırlar.

Meduza və Mediazona-nın daha əvvəl dərc olunmuş birgə araşdırmasında bildirilirdi ki, Ukraynanın tammiqyaslı işğalı zamanı 15 ay ərzində Ukraynanın hazırkı əks-hücum əməliyyatı zamanı itkilər nəzərə alınmaqla 47 min rus əsgəri həlak olub.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
196
sia.az

1Mənbələr