AZ

ABŞ İrana görə gəmi və şirkətlərə sanksiya qoyub - FOTO

ABŞ Maliyyə Nazirliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəstəklədiyi husilərə İrandan yük daşıdığına görə Honkonq və Marşall adalarında yerləşən iki şirkətə və onlara məxsus iki gəmiyə sansksiya tətbiq edib.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat yayılıb.

Qeyd olunub ki, İran tərəfindən husiləri maliyyələşdirməyə cavabdeh olan Səid Əhməd Məhəmməd əl-Camal İrandan malların daşınması üçün həmin gəmilərdən istifadə edib.

Məlumata görə, Marşall adalarında yerləşən şirkətə məxsus Palau bayraqlı “Reneez” gəmisi və Honkonq şirkətinə məxsus Panama bayraqlı “Eternal Fortune” gəmisi sanksiyalar sırasındadır. Nəqliyyat xidmətlərindən əldə olunan gəlirlərin Yəmənin husi hərəkatını maliyyələşdirmək üçün istifadə edildiyi bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
21
musavat.com

10Mənbələr