AZ

Havada tozun miqdarında azalma müşahidə olunur

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupununun saat 13:00-a olan məlumatına əsasən, Bakı və Abşeron yarımadasında tozun konsentrasiyasında səhər saatlarına nisbətdə azalma müşahidə olunur. Hazırda havada tozun miqdarı normadan 1.5-1.8 dəfə artıqdır.
APA-nın xəbərinə görə, Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupununun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir:
"Xatırladaq ki, səhər saatlarında Bakı və Abşeron yarımadasında havada tozun miqdarı 1.7-2 dəfə normadan artıq qeydə alınmışdı".
Mütəxəssis müşahidə olunan tozlu hava şəraitinin səbəbləri və təsiri barədə də məlumat verib:
"Peyk görüntülərinə və proqnoz modellərinə əsasən tozlu hava şəraitinə səbəb cənub-şərq istiqamətli hava axınları vasitəsilə gecə saatlarından başlayaraq toz hissəciklərinin Türkmənistan ərazisindən Bakı və Abşeron yarımadasına daxil olmasıdır”.
Rəna Allahverdiyeva qeyd edib ki, tozlu hava şəraiti tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən insanlara mənfi təsir göstərə və yollarda görünüş məsafəsinin məhdudlaşmasına səbəb ola bilər:
“Bunları nəzərə alaraq əhalinin tozlu hava şəraitində maskadan istifadə etməsi və sürücülərin yollarda ehtiyatlı olması tövsiyə edilir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
12
xalqcebhesi.az

8Mənbələr