AZ

Çilidə meşə yanğınları qurbanlarının sayı 60 nəfəri ötüb

Valparaisoda meşə yanğınları nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Qabriel Boriç məlumat verib.

O, Prezident Administrasiyasının X sosial şəbəkəsindəki səhifəsində yayımlanan mətbuat konfransında deyib: "Bu günə qədər təəssüf ki, 64 nəfərin öldüyünü təsdiq edə bilərəm. Biz bilirik ki, bu rəqəm xeyli artacaq".

Boriç, həmçinin fevralın 5-dən etibarən ölkədə iki günlük matəm elan edib. Onun sözlərinə görə, təkcə Kilpe kommunasında yanğın nəticəsində 1,3 mindən çox ev yanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
5
sia.az

9Mənbələr