AZ

Dünya çempionu 29 yaşında vəfat etdi

Kanadalı yüngül atlet Şon Barber 29 yaşında tibbi fəsadlar səbəbindən dünyasını dəyişib.

 

Bu barədə Akron Universitetinin (ABŞ) atletika fakültəsinin mətbuat xidməti məlumat yayıb.

 

Açıqlamada idmançının bir müddətdir ki, xəstəlik səbəbindən səhhətində problemlər yaşadığı qeyd edilib. O, Kinqsvuddakı (ABŞ) evində dünyasını dəyişib.

 

Şüvüllə tullanma üzrə idmançı 2015-ci il Dünya Çempionatının qalibi olub. O, bu idman növü üzrə dünya çempionatında Kanada komandasına ilk medalı qazandırıb. 2016-cı ilin yanvarında qapalı məkanda 6,00 m-lik nəticə əldə edərək ölkə rekordunu qırıb. 2016-cı il olimpiadasında Barber 10-cu yeri tutub.

Tarix: 19 Yanvar 2024, 17:15   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
12
Mənbələr
Şərh ()
Bağla