AZ

Sabirabadda azyaşlı övladını nikaha daxil olmağa məcbur edən ata həbs edilib

Sabirabad rayonu Məmişli kəndində azyaşlı övladını nikaha daxil olmağa məcbur edən ata polis əməkdaşları tərəfindən həbs edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, 1979-cu il təvəllüdlü Mübariz Musa oğlu Quliyev cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etmə maddəsi ilə polis şöbəsində cinayət işi qaldırılmaqla məhkəmə qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Rayon Polis Şöbəsində istintaq hərəkətləri davam etdirilir.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
50
big.az

10Mənbələr