AZ

Türkiyənin polad məhsulları ixracı 13 faiz artıb

2024-cü ilin yanvar-may aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq, 6,6 milyard dollara bərabər olub.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata görə, bu ilin may ayında Türkiyə 1,5 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 17,3 faiz çoxdur.

Bildirilib ki, son 12 ay ərzində (may 2023-may 2024) Türkiyə 15,4 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

Fuad Mədətov
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
15
fins.az

10Mənbələr