AZ

Xəyallarınız gerçəkləşməyə daha yaxındır - BÜRCLƏR

Astroloqlar 27 may 2024-cü il bürclər haqqında proqnozları açıqlayıblar.

"Unikal" həmin proqnozları təqdim edir:

Qoç:
Bu günlərdə münasibətlərinizdə və ya karyeranızda yaşadığınız çətinliklər mənfi kimi görünsə də, onlar inkişafınıza kömək edir. Müvəffəqiyyət yolunda sizin üçün sakit qalmaq vacibdir. Bu gün ağzınızdan çıxan sözlərə diqqət etməlisiniz.

Buğa:
Bu gün gələcək planlarınızla bağlı mühüm müzakirələr apara, uzunmüddətli və məsuliyyətli qərarlar qəbul edə bilərsiniz. Beyninizi məşğul edən və uzun müddətdir təxirə saldığınız işləri yekunlaşdırmaq üçün münasib gündür.

Əkizlər:
Münasibətlərdə yaşadığınız problemlərin həll edə bilməmək insanlara olan inamınızı itirməyinizə səbəb olur. Problemi səhv yerdə axtarırsınız. Günahı özünüzdə axtarmalısınız. Özünüzə tutduğunuz ayna sizə şəfa olacaq.

Xərçəng:
Bu günlərdə çox çalışırsınız. İş və şəxsi həyatınızı balanslaşdırmaq çətin ola bilər. Yaxşı qidalanın və sağlam yaşamağın yollarını axtarın. Bədəniniz gücləndikcə zehni olaraq özünüzü daha yaxşı hiss edəcək və daha doğru qərarlar qəbul edəcəksiniz.

Şir:
Sağlamlığınızın qayğısına qalmağınız gərəkən bir gündür. Vacib görüşlərinizi təxirə salmağınız gərəklidir. Çünki gözləntiləriniz istədiyiniz şəkildə qarşılanmaya bilər. Gözlənilməz məsələlər gündəmə gələcək. Özünüzə fokuslanın, çünki bu gün xarici dünyanı anlaya bilməyəcəksiniz.

Qız:
Diqqətli hesablama və təfərrüat tələb edən məsələlər bu gün gündəminizdə ola bilər. İş həyatınızla bağlı mühüm danışıqların və təkliflərin ön plana çıxacağı gündür. Qəbul etdiyiniz qərarlar uzunmüddətli perspektivdə məsuliyyət gətirəcək, buna hazır olmalısınız.

Tərəzi:
Ailə münasibətlərində yaşadığınız mübarizə zehni olaraq sizi yorsa da, problemlərə ciddi yanaşmalı olduğunuz gündür. Onları öz axarına buraxmaq gələcəkdə həmin problemlərin artmasına səbəb olacaq. Problemlərinizdən qaçmayın.

Əqrəb:
Yeni ideyaların və yeni razılaşmaların ön plana çıxacağı gündür. İnsanlarla ortaq məxrəcə gəlməkdə özünüzə sərhədlər qoymayın. Məsuliyyətləriniz artır, ancaq qorxularınıza qalib gəlsəniz, daha rahat irəliləyəcəksiniz.

Oxatan:
Maliyyə məsələlərində göstərdiyiniz səylər bu gün gündəmə yeni razılaşmalar gətirə bilər. Bu gün atacağınız konkret addımlar növbəti mərhələ üçün həlledici olacaq. Risk almayın, arzularınıza real prizmadan yanaşın.

Oğlaq:
Bu gün, xarici görünüşünüzlə bağlı yeniliklər etmək və ya diqqətinizi sağlamlıq məsələlərinə yönəltmək istəyə bilərsiniz. Uzun müddətdir özünüzə etinasızlıq göstərmisiniz. Bədəniniz mühüm xəstəlik siqnalları verməzdən əvvəl özünüzə diqqət etməlisiniz.

Dolça:
İndi görürsünüz ki, sabit qərarlarınız inkişafınıza mane olur. Çətin problemləri həll etməyin yeganə yolu fərqli perspektivdə inkişaf etmək və ya digər insanların fikirlərini dinləməkdir. Bu haqda düşünün…

Balıqlar:
Xəyallarınız bu gündən etibarən gerçəkləşməyə daha yaxındır. Məqsədlərinizin aydın olması yolunuzu açır. Bu gün mühüm qərarlar verə bilərsiniz, amma bilin ki, bu qərarlar məsuliyyət gətirən qərarlar olacaq. Hazır olun.

Zərifə Nağıyeva
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
8
unikal.az

10Mənbələr