AZ

Azadlığa çıxan əcnəbi məhkumlar DANIŞDILAR

"Azərbaycan Prezidentinə təşəkkür edirəm".
Oxu.Az xəbər verir ki, bunu əfv sərəncamının şamil olunduğu Türkiyə vətəndaşı Mehmed Sağır deyib.
O bildirib ki, cəzasının 21 ayını həbsdə keçirib:
"Mənə üç il cəza vermişdilər. Özüm TIR sürücüsüyəm. Moskvaya gedərkən sərhəddə tutuldum. Ölkə başçısına təşəkkür edirəm ki, məni də əfv edərək ailəmə qovuşdurdu".
Sərhədi qanunsuz keçdiyimə görə həbs edilən Əfqanıstanlı məhkum Mohammad Ayaz Raja isə deyib ki, iki il iki ay həbs cəzasının səkkiz ayını əfv ediblər:
"Cəzamın bir il dörd ayını cəzaçəkmə müəssisəsində keçirdim. Qalan səkkiz ayı əfv edildi. Təşəkkür edirəm ki, mən də bağışlananlar arasına salındım".
Könül Cəfərli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
290
5
oxu.az

10Mənbələr