AZ

Şuşaya yeni köçürülən 32 ailəyə mənzillərin açarları təqdim edildi - Fotolar

Mayın 25-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Şuşaya çatıb.

Yenisabah.az xəbər verir ki, bu mərhələdə şəhərə köçürülən 125 nəfərdən ibarət 32 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Şuşa şəhərində Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi Aydın Kərimov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzil verilir. İndiyədək şəhərdə 90 ailə (349 nəfər) mənzillə təmin edilib.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
168
11
yenisabah.az

10Mənbələr