AZ

Növbəti köç karvanı Şuşaya çatıb



Mayın 25-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Şuşaya çatıb. Bu mərhələdə şəhərə köçürülən 125 nəfərdən ibarət 32 ailəyə mənzillərin açarları təqdim edilib.

Newscenter.az xəbər verir ki, mərasimdə Şuşa şəhərində Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi Aydın Kərimov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzil verilir. İndiyədək şəhərdə 90 ailə (349 nəfər) mənzillə təmin edilib.

Süleyman
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
169
3
newscenter.az

10Mənbələr