AZ

Ağcabədidə avtoxuliqanlıq edən sürücü həbs edildi

"Ağcabədidə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan sürücü həbs edilib".
Bu barədə Oxu.Az-a Ağcabədi Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.
Ağcabədi RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində VAZ markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən və görüntülərini sosial şəbəkədə yayan sürücü S.Rəhimovu saxlayıblar.
Sürücü barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən, S.Rəhimovun sürücülük hüququ bir il məhdudlaşdırılıb. O, 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Həmin görüntüləri təqdim edirik:
Nəzrin Vahid
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
191
6
oxu.az

10Mənbələr