AZ

Keçmiş məcburi köçkün: "Şuşadan çıxanda uşaq idik, indi anlayırıq ki, Azərbaycan dövləti tarix yazır"

"Şuşadan çıxanda uşaq idik, nə baş verdiyini anlamırdıq. Amma indi başa düşürük ki, Azərbaycan dövləti bu gün tarix yazır".
 
Bunu Şuşa şəhərinə köç edən keçmiş məcburi köçkün Gülnarə Yusif qızı Məmmədova deyib.
 
O qeyd edib ki, artıq yataqxanada köçkünlük həyatları bu gün başa çatır:
 
"Bu illər ərzində Biləcəridəki yataqxanada köçkünlük həyatı yaşamışıq. Olmazın çətinliklərlə, həyatın amansız sınaqları ilə üz-üzə qalmışıq. Sinəmizdə 30 illik köçkün həyatı dağı bu günlərə çatmışıq. Şükür ki, bu gün yurdumuza qovuşuruq.
 
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
 
Qeyd edək ki, bu gün növbəti köç karvanı Şuşa şəhərinə yola salınır. Bu mərhələdə daha 32 ailə (125 nəfər) öz doğma yurduna köç­­ürülür.
 
Xatırladaq ki, indiyədək Şuşa şəhərində 90 ailənin (349 nəfərin) daimi məskunlaşması təmin edilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
5
moderator.az

10Mənbələr