AZ

Məşhur təbib, inteqrativ tibb üzrə ekspertin iştirakı ilə Azərbaycanda tibb konfrans təşkil edildi

"İnteqrativ Təbabətdə Elmi Araşdırmalar Mərkəzi"nin təşkilatçılığı, "Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi", "Afgen Genetik Diaqnoz Mərkəzi", "Planeta Apteklər Şəbəkəsi"nin sponsorluğu ilə "Xroniki xəstəliklərin Müalicəsində Biotənzimləyici Sistemli Təbabət" mövzusunda 21 may 2024-cü ildə konfrans təşkil edilib.
600-dən çox elm xadimi, həkim-mütəxəssis və səhiyyə işçisinin iştirak etdiyi konfransda Kolumbiyanın Javeraniya Universitetinin İnteqrativ Təbabət kafedrasının müdiri, professor Arturo O"Birne məruzəçi kimi çıxıb edib. Beynəlxalq dərəcəli lektor bundan əvvəl də bir neçə dəfə Azərbaycanda "Bioloji Təbabət - İnteqrativ Müalicə Mərkəzi"nin qonağı olaraq yerli həkimlərə xroniki və autoimmun xəstəliklərin fərqli müalicəsinə dair maraqlı mühazirələr söyləyib.
Qeyd edək ki, ölkəmizdə 2009-cü ildən fəaliyyətdə olan "Bioloji Təbabət - İnteqrativ Müalicə Mərkəzi" İnteqrativ Tibb Metodu ilə Parkinson, dağınıq skleroz, psoriaz, trofik xora, xoralı kolit, Kron və digər xroniki və autoimmun xəstəliklərin müalicəsində yüksək nəticələr əldə edir. Bu istiqamətdə alınan nəticələrə görə hətta ölkə xaricindən - Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan və digər bir neçə ölkədən olan pasiyentlər müalicə üçün məhz "Bioloji Təbabət - İnteqrativ Müalicə Mərkəzi"nə üz tuturlar.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
50
oxu.az

10Mənbələr