AZ

Almaniya Fələstinin müstəqilliyini tanıyacaqmı?

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Almaniya Federativ Respublikasının kansleri Olaf Şolts ölkəsinin hələ Fələstini müstəqil dövlət qismində tanımağa hazır olmadığını bəyan edib. 

Şolts Portuqaliyanın Baş naziri Luiş Monteneqru ilə birgə mətbuat konfransında çıxış edərkən deyib: "Dövlətçiliyin simvolik şəkildə tanınması yolu heç hara aparmır. Mənim fikrimcə, indi bizim Fələstini ayrıca dövlət kimi tanımaq üçün əsasımız yoxdur. Dövlətin ərazisi və bununla əlaqədar bütün digər məsələlərlə bağlı aydınlıq yoxdur. Hazırda İsrail ilə Fəsəltin arasında problem danışıqlar yolu ilə həll edilməlidir və bu, münaqişənin ikidövlətlilik əsasında nizamlamasına aparacaqdır".

Qeyd edək ki. Norveç hökuməti Fələstini müstəqil dövlət kimi tanıdığı qərarını bəyan edib. Qərar 28 may tarixindən etibarən qüvvəyə minir. Ardından İrlandiya ilə İspaniya dövlətləri də Fələstini tanıdıqları bəyan ediblər. Bu addımlar İsrail dövləti tərəfindən narazılıqla qarşılanıb.

Hürr Tərcüman 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
10
hurriyyet.az

10Mənbələr