AZ

ÜST-ün Azərbaycandakı rəhbəri: "Növbəti pandemiya mütləq olacaq"

"Növbəti pandemiya COVID də ola bilər, influenza da, başqa bir xəstəlik də, amma mütləq bu olacaq"
Bunu APA-ya açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Ofisinin rəhbəri Hande Harmancı deyib.
H.Harmancı bildirib ki, biz Ümumdünya Səhiyyə Təşkilatı olaraq müşahidəçi olaraq prosesləri izləyirik. Amma müdaxilə etmirik.

"2021-ci ildən bəri bu dövlətlər yeni bir pandemiya sazişi üçün çalışırlar. May ayında 77-ci Ümumdünya Səhiyyə Assambleyasında artıq bu mövzunun anlaşma ilə yekunlaşacağına ümid edirik. Təbii ki, konkret bir söz demək mümkün deyil. Bunu Assambleyanın gedişində görə biləcəyik. Burada çox vacib bir neçə məqsədi vurğulamalıyıq. Birincisi, növbəti pandemiyaya daha yaxşı hazırlaşa bilmək məsələsidir. "Növbəti pandemiya nə vaxt baş verəcək?" - deyə soruşa bilərsiniz. Cavab: Mütləq olacaq. Bu COVID də ola bilər, influenza da, başqa bir xəstəlik də... Tarixə baxsaq, hər 10 və ya 40 ildən bir mütləq pandemiya olur. Bunların bəziləri daha ağır olur – COVID kimi. Bəziləri daha yüngül keçir, məsələn, influenza kimi. Bəlkə, çoxları xatırlamır, 2009-cu ildə influenza pandemiyası olub: H1-N1. O da bir pandemiya idi. Amma bu qədər ağır keçmədi. Yəni növbəti pandemiya ehtimalına qarşı səhiyyə işçilərinin hazırlıqlı olması çox mühüm məsələdir.
Müzakirə olunacaq və yekun sazişdə öz əksini tapacaq digər məsələ isə vaksinlərin ədalətli bölüşdürülməsi ilə bağlıdır.
Üçüncü məsələ isə, ölkələr arasında kommunikasiya, bilgi alış-verişi ilə bağlıdır. Biz də bu assambleyada iştirak edəcəyik. Azərbaycanın səhiyyə naziri Teymur Musayev də orada olacaq. May ayının sonuncu həftəsi biz Cenevrədə olacağıq".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
26
oxu.az

10Mənbələr