AZ

Aydın Talıbovun holdinqinə daxil olan şirkət barəsində protokol: Valyuta vəsatini xaricdən geri qaytarmayıb

"Veysəloğlu" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirlinin icraatındadır.

 

Qeyd: "Veysəloğlu" MMC-nin qanuni təmsilçisi Bəxtiyar Adil Oğlu Allahverdidir. MMC "Veysəloğlu qrup"a daxildir. Həmin şirkətlər qrupunun qanuni təmsilçisi isə Aydın Veysəl oğlu Talıbovdur. 

 

Xəyal Quliyev

Tarix: 24 May 2024, 08:41   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
152
20
pravda.az

10Mənbələr