AZ

Hakan Fidan və Yvan Gil birgə mətbuat konfransında çıxış ediblər

Türkiyənin xarici işlər naziri Nazir Fidan Fələstini tanıyan ölkələrin sayının tanımayan ölkələrin sayından qat-qat çox olduğunu ifadə edib.
Xarici işlər naziri Hakan Fidan IV Türkiyə-Venesuela Birgə Əməkdaşlıq Komissiyasının iclasından sonra Venesuela xarici işlər naziri Yvan Gil ilə birgə mətbuat konfransında çıxış edib.
Venesuela ilə regional və qlobal məsələlərlə yanaşı, ikitərəfli əlaqələr ətrafında da fikir mübadiləsi apardıqlarını vurğulayan Hakan Fidan deyib: “Venesuelanın məruz qaldığı ədalətsiz sanksiyalar başda olmaqla bir çox mühüm mövzunu müzakirə etmək fürsətimiz oldu”.
Bu mühüm məsələlərdən birinin Fələstin məsələsi və Qəzzada davam edən qətliam olduğuna diqqət çəkən Hakan Fidan deyib: "Venesuela ilə Qəzza məsələsində eyni düşüncədə olduğumuzu söyləməkdən məmnunam. Eyni şəkildə hərəkət edirik. Beynəlxalq platformalarda birgə mövqe nümayiş etdiririk. Qəzzadakı qətliamın dayandırılması və Fələstin dövlətinin tanınması mövzusunda ilə bağlı birgə fəaliyyətimizi  davam etdirmək qərarına gəldik”.
Hakan Fidan üç Avropa ölkəsinin Fələstini dövlət kimi tanımasını alqışladığını ifadə edib.
Son illərdə İsrailə beynəlxalq təzyiqlərin görünməmiş şəkildə artdığını vurğulayan Hakan Fidan bunun mühüm bir nailiyyət, uzunmüddətli mübarizə olduğunu və davam etdirilməsinin vacib olduğunu vurğulayıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
50
trt.net.tr

10Mənbələr